Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Yaşadığı ünvandan çıxarılan ailə hara üz tutacağını bilmir...
Söhbət Astara rayonunda yaşayan İsgəndərovlar ailəsindən gedir. Xanverdi İbad oğlu İskəndərov deyir ki, 40 ildən çoxdur yaşadıqları evdən çıxmaq məcburiyyətində qalıblar. Özü də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin iddiası əsasında...
Məsələ burasındadır ki, 1982-ci ildə Astara Hidrometeroloji Stansiyasına rəhbər təyin olunan Xanverdi müəllimin mənzili olmadığından stansiyaya bitişik tikili sahəsində ona məskunlaşmaq icazəsi verilib. 1941-ci ildə inşa edilmiş, əvəllər kazarma olan, idarənin inzibati sahəsini təmir etmək və yaşayış üçün əlverişli hala gətirmək də elə Xanverdi İsgəndərovun üzərinə düşüb. Beləcə 2022-ci ilə - təqaüdə çıxana qədər stansiyanın rəhbəri olan Xanverdi müəllimin bütün ən yaxşı illəri də elə bu evdə keçib.
Müsahibimiz deyir ki, sözügedən mənzil sahəsi ona o dövrün qanunları ilə verilib, adına ev kitabı açılıb, həmçinin özü və ailə üzvləri də məhz bu ünvana qeydiyyata salınıb. Paradoks ondadır ki, Xanverdi müəllimə məhkəmə qərarı ilə evi boşalt deyirlər, amma onun qeydiyyat hüququ elə bura aiddir. Yəni varsan, amma yoxsan...
Maraqlıdır, İsgəndərovlar ailəsinə 40 il yaşamaq imkanı tanıyan Milli Hidrometeorologiya Xidməti illər sonra ahıl yaşda olan ər-arvadı qışın bu soyuğunda niyə küçəyə atmaq fikrinə düşüb?
Ətraflı Bizim.Media-nın videosüjetində:

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub