Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar
Abşeron rayonu, Xırdalan şəhəri, 2 saylı tam orta məktəbdə baş verən özbaşınalıqlar haqda təhsil ocağının riyaziyyat müəllimi Vəfa Həziyeva özü danışıb. İşlədiyi məktəbdəki qanunsuzluqlara səsini çıxardığına görə azad edilən Vəfa Həziyeva sona qədər mübarizə aparacağını deyib. Anaxeber.info yazır ki, jurnalistlərə açıqlama verən riyaziyyat müəllimi, məktəbin direktoru Gülnaz Kərimovanın qanunsuz bir mühit yaratdığını söyləyib. Onun dediyinə görə, ilk növbədə məktəbin sanitar qovşağı bərbad vəziyyətdədir və sanitariyadan söhbət belə gedə bilməz. Müəllimə bildirib ki, şagirdlərin sanitar qovşaqdan istifadə edə bilməməsi məsələsini qaldırdığı üçün işindən çıxarılıb.
Bundan əlavə, Vəfa Həziyeva məktəbdə "ölü can"lar olduğunu iddia edib. Qeyd edib ki, 147 belə" ölü can" var. Yəni direktor Gülnaz Kərimova adı gedən, özü olmayan şəxslərin maaş kartlarını özündə saxlayır. Həmçinin, müəllimə deyib ki, dövlət jurnalına müdaxilə edilib, başqa müəllimlər onun yerinə qiymət yazmağa məcbur olunub. Bu da direktorun təzyiqi və diqtəsi ilə baş tutub. Eyni zamanda, yuxarı siniflərdə qiymətləndirmə cədvəlinə müdaxilələr olunub. Bir sözlə, 2 saylı məktəbdə anarxiyadır və direktor Gülnaz Kərimova öz "qanun"larını həyata keçirir. Şikayətçi bununla bağlı Baş Prokurorluğa və digər qurumlara müraciət edib. Ümumiyyətlə, Abşeron məktəblərində yaşanan neqativ hallara rəvac verən yerli təhsil idarəsi rəhbəri İlhamə Abdullayevadır. Onun idarəçiliyi məktəblərdə tamamilə xaos, rüşvət, özbaşınalıq yaradıb. Dəfələrlə digər məktəblərdən də şikayətlər olub. Lakin heç bir tədbir görülmür.
Anaxeber.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...