Keçmiş deputatın oğlu camaatı BOĞAZA YIĞIB... - ÖZBAŞINA QALIB...
Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında yaşayan sakinlər - Qurbanov Nazir Canəli oğlu, Əmirova Gülgəz Şamil qızı, Alıyev Oruc Əlrza oğlu, Cəfərov Rasim Əhməd oğlu, Qurbanova İpək Xucu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. “GRAND PLAZA” MMC-dən şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“2016-cı ildən yaşadığımız Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında keçmiş deputat Əsabil Qasımov və oğlu Taleh Qasımova aid olan “GRAND PLAZA” MMC tərəfindən yaşayış evlərimiz alınaraq, sökülməyə başlamışdır. Yaşayış olmasına baxmayaraq, evlər sökülərək həyətyanı sahə xarabalığa çevrilmişdir.![]()
Belə ki, 39 ailədən 23 ailə köçürülmüş, razılıq alınmayan evlərə bitişik mənzillər isə qəsdən qəzalı vəziyyətə salınmışdır. Beləliklə, 8 ildir yaşadığımız mənzillər qəzalı vəziyyətə salınmış və biz sakinlər demək olar ki, bütün dövlət orqanlarına yazılı müraciət etməyimizə baxmayaraq, heç bir dövlət orqanı problemlə bağlı maraqlanmamışdır. “GRAND PLAZA” MMC-nin sahibi Əsabil Qasımov sakinləri bezdirmək məqsədi ilə illərdir onları xarabalıq vəziyyətdə yaşamağa məcbur etməkdədir.
Hazırda həmin ünvana yaxın ərazidə, Əsabil Qasımova məxsus binada mənzilin təmirsiz 1 kv.metrinin qiyməti 3500-4000 manat, qeyri-yaşayış sahəsinin kv.metri 12 min və 13 min manatdır. Qalan sakinlərə isə təklif etdikləri məbləğ bu qiymətlərin yarısı belə deyil. Sakinləri bu vəziyyətdə saxlamalarının əsas məqsədi insanların bezərək, onların təklif etdikləri məbləğlə razılaşmalarıdır”.
Redaksiyadan qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub