UNIDO nümayəndəsi: COP29 iqlim problemlərinin həlli və dayanıqlı iqtisadiyyatın yaradılması üçün mühüm platformadır

COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ən mühüm platformadır və eyni zamanda ekoloji təmiz iş yerlərin açılmasını təmin edən, cəmiyyətin rifahını yüksəldən və uzunmüddətli sabitliyə töhfə verən dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək edir.
Bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru Zou Siyong bu gün Bakıda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf, daxili inkişaf və sistemli dəyişikliklər üçün innovasiyalar üzrə yüksək səviyyəli sessiyada bildirib.
"Biz burada, Bakıda atılan addımlardan və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin təmin edilməsinə və COP29-da sədrliyin iddialı fəaliyyət proqramının təşviqinə göstərilən diqqətdən ruhlanmışıq. UNIDO daha geniş iqlim gündəliyi ilə uzlaşan dayanıqlı sənaye təcrübələrini təşviq etməklə enerji toplanması, yaşıl enerji, dəhlizlər və hidrogendən istifadə sahəsində təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyə çalışır", - o qeyd edib.
İdarəedici direktor bütün maraqlı tərəfləri əməkdaşlığa çağırıb: "İdeyalarınızı səbirsizliklə gözləyirəm. Dayanıqlı gələcək naminə birgə iş, şübhəsiz ki, planlaşdırdığımız məqsədlərə çatmaqda önəmli rol oynayacaq".
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...