SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ekoloji etika anlayışları gündəmə gətirilməlidir - Allahşükür Paşazadə

Ekoloji etika anlayışları gündəmə gətirilməlidir - Allahşükür Paşazadə

Tarix:

5-11-2024, 12:22

/ 237 dəfə oxundu.
Ekoloji etika anlayışları gündəmə gətirilməlidir - Allahşükür Paşazadə

Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər - əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz edilməsi mütərəqqi dünya ictimaiyyətini narahat edir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Dini liderlərin Qlobal Bakı Sammitində deyib.

O bildirib ki, yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır.

"Sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Proqramında iqtisadi səmərə, sosial ədalət və ekoloji tarazlığı təmin edən dayanıqlı yaşıl iqtisadiyyat modelindən söhbət açılır, bərpaolunan enerjinin hamı üçün əlçatan olması hədəflənir.

Təbii ki, "yaşıl" iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir. Zənnimcə, burada ekoloji etika anlayışları gündəmə gətirilməli, yaradanın neməti və mükəmməl əsəri olan təbiətə yanaşmada mənəvi-əxlaqi məqamlara istinad edilməlidir.

Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək", - o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Şərhlər

XƏBƏR LENTİ