Qızına 400 minlik toy edən oliqarx-məmuru ipdən kim qurtardı? - Şok detallar
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov məzuniyyətdən qayıdıb
İdarə rəisinin postunu itirmək təhlükəsi sovuşub. Onun barəsində cinayət işi açılması, həbs olunması gözlənilmir.
Hazırda Q.Şükürov işə çıxır. Qızının 400 min dollarlıq toyu ilə bir müddət gündəm olan rəis barədə müxtəlif məlumatlar yayılmışdı.
Hətta “Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə bağlı araşdırmalara başlanıldığı iddia olunurdu.
Həmin vaxt bildirildi ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələnin dərhal araşdırılması və ölçü götürülməsi qərarı verilib.
Amma oliqarx-məmur bütün söz-söhbətlərin içərisindən “təmiz” çıxdı. Buna səbəb isə onun xərclədiyi pullar və media emissarları oldu.
Q.Şükürov ona “krişalıq” edənlərlə də hesablaşıb və nəticədə həmin yüksək çinli məmurlar onu qoruyublar.
Əks halda çoxdan vəzifəsindən azad edilmiş olacaqdı. Eyni zamanda bəzi mətbu orqanlarla dil tapan, tirajlı media ilə ödəşən oliqarx-məmur qızının dəbdəbəli toyunun gündəmdən çıxmasına müvəffəq olub.
Onun mətbuata minnətçi düşməsi, onlarla anlaşması nəticəsində məsələ şişirdilmədi. Halbuki, prezident məmurlara sadə yaşamağı, təvazökar olmağı, dəbədəbli məclislər təşkil etməməyi tapşırıb.
Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var. Bu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir.
İddiaya görə, Qüdrət Şükürov təkcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.
“Toya ümumilikdə 400 min dollar pul xərcləyib. Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə alıb”, - mənbə deyir.
Q.Şükürov kənara çəkilərək gizlənib və hətta səhhətində problemlər olması adı ilə bir müddət işə çıxmayıb.
Ulus.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...