SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

Tarix:

19-03-2024, 13:03

/ 673 dəfə oxundu.
İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. 

Təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. 

Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. 

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.(Qaynarinfo)

Şərhlər

XƏBƏR LENTİ