İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir

İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. 

Təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. 

Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. 

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.(Qaynarinfo)
Geri qayıt