Kəmaləddin Heydərov İSTEFA ƏRİZƏSİNİ YAZIB... - HƏDƏF ÇOX DÖZMƏDİ...
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov istefa ərizəsini yazıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən inbformasiya daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, FHN rəhbərinin istefa ərizəsi artıq Prezident Administrasiyasının katibliyinə təqdim olunub.
Xatırladaq ki, bir neçə gündür FHN-nin yüksək çinli əməkdaşlarının intim videolarının fonunda bir qalmaqal müşahidə olunur ki, bu əsnada FHN şefi Kəmaləddin Heydərov də ictimai hədəfə çevrilib.
Ekspertlər bu videoların məhz Kəmaləddin Heydərovun yola salınması üçün tədarük olunduğunu da qeyd edirdilər.
Onu da xatırladaq ki, bir neçə gün əvvəl FH nazirinin PA-ya çağrıldığı, məsələ ilə bağlı izahatının alındığı haqda da yerli KİV-də informasiyalar yayılmışdı.
Kəmaləddin Heydərovun istefasına hansı reaksiyanın veriləcəyi isə zaman işidir...
Əlavə bilgilərimiz olacaq. DİA.AZ-ı izləməyə davam edin...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...