SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Orucov oğlunun axmaq hərəkətlərinin qurbanı oldu” - Üzeyir Cəfərov

“Orucov oğlunun axmaq hərəkətlərinin qurbanı oldu” - Üzeyir Cəfərov

Tarix:

12-07-2017, 11:31

/ 126 602 dəfə oxundu.
“Orucov oğlunun axmaq hərəkətlərinin qurbanı oldu” - Üzeyir Cəfərov

"General Novruzəli Orucov sırf övladının axmaq hərəkətlərinə görə cəzalandırılıb”.

Bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, prezidentin məmurlara övladlarıyla bağlı etdiyi xəbərdarlıqları xatırladaraq, qərarın çox yerində verildiyini vurğulayıb: "Novruzəli Orucovun övladı sürücülük hüququ olmadığı halda bahalı maşınla avtobus sürücüsünü söyüb və onu döyüb. Bununla bağlı rəsmi açıqlama da yayılıb. Bu qərarın generalın öz fəaliyyətinə görə verildiyini düşünmürəm. Çünki onunla bağlı zaman-zaman məlumatlar dərc olunurdu, komissar işlədiyi vaxtlardakı çatışmazlıqlar dilə gətirilirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindəki fəaliyyəti ilə bağlı da başqa fikirlər söyləmək istəmirəm, onu deyə bilərəm ki, son vaxtlar vətənpərvərlik mövzusunda keçirilən çoxlu tədbirlərdə yaxından iştirak yaxından iştirak edib, təşkilatçılardan olub. AzTV və digər telekanallar da onun tədbirlərini işıqlandırıb.
Amma işdən çıxarılması sırf övladının cəmiyyətə və insanlara olan münasibətinə görədir.

Düzünü desəm, bu məsələdə mətbuata çox böyük təşəkkür düşür. Məsələ mətbuatda işıqlandırıldı və bu şəxs də cəzalandırıldı.

Təkcə Orucov deyil, bu işlə bağlı bəzi qurumların rəhbərləri də cəzalandırmalıdır. Belə çıxır ki, mətbuat bu barədə məlumat verməsəydi, onlar bu faktın üstündən sükutla keçəcəkdi”.

Ü. Cəfərov düşünür ki, cəza tədbirləri davam etdirilməlidir: "Xeyli məmur övladları, məmur qohumları, yaxınları var ki, onlar da cəzalandırılmalıdır. Xüsusən də, şəhid ailələrinə qarşı münasibətə görə icra başçıları barəsində tədbir görülməlidir.

Bəzi məmurlar özlərini Birləşmiş Ərəb Əmirliklərində hiss edirlər. Özlərini qanundan üstün hesab edirlər. Bu, təkcə generallara, icra başçılarına deyil, elə hakimlərə də aiddir. Onlar az qala qudurğanlıqla məşğuldurlar.

Bundan sonra məmurlar da həyəcan təbili çalmalıdır ki, heç kimin hərəkəti gözdən yayınmır və cəzasız qalmır”.

BakuPost.az

Şərhlər

XƏBƏR LENTİ