Lapşin etiraf etdi - “Qarabağa getmişəm...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alenksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun icraatında olan prosesdə ilkin baxış iclası baş tutub. İclasda məhkəmə istintaqı başlayıb və dövlət ittihamçısı ittiham aktını elan edib. A.Lapşin özünü təqsirli bilmədiyini deyib.
Lapşin sərbəst ifadə verməkdən imtina edərək suallara cavab verəcəyini bildirib. Bu zaman isə Qarabağa, yəni işğal altında olan ərazilərə iki dəfə getdiyini etiraf edib.
Məhkəmə prosesi iyulun 3-də davam etidiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...