Məhz Ulu Öndər Heydər Əliyevin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır - Siyavuş Novruzov
Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
S.Novruzov bildirib ki, lakin Ulu Öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsi düzgün deyil:
“Çünki Ulu Ondəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, ölkəmizin müstəqilliyi təhlükə altında olduğu bir vaxtda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ümummilli Lider hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda, bugünkü və o zamankı hakimiyyətdə olan müxalifəti xilas etdi. Yəqin ki, Surət Hüseynovun Azadlıq meydanında dar ağacları qurması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, Ümummilli Lider müxalifətdə olanları da xilas etdi. Buna görə də məhz Ulu Öndərin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünki Ulu Öndər xalqın ən ağır vəziyyətində onun yanında oldu”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...