Bu hakimlərlə bağlı dəyişiklik - Adlar
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər təklif olunur. Bu barədə Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin Təhlükəsizlik, müdafiə, korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.
O qeyd edib ki, son illər Azərbaycanda məhkəmə hüquq sistemində aparılan islahatlar öz səmərəsini verməkdədir. Əhalidə məhkəmələrə böyük inam formalaşıb. İslahatlar nəticəsində hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq hələ də ölkədə hakim azlığı müşahidə olunur. İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hər 100 minə düşən hakim sayı 6 nəfərdir ki, bu da nisbətən azdır.
Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə əlavə edib ki, Ali Məhkəmənin hakimlərinin təyin və vəzifədən azad edilməsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Beləliklə, səlahiyyət müddəti bitən 7 hakimin səlahiyyət müddəti artırılıb. Onlar Şəlalə Məmmədova, Tahir Kazımov, Akif İsgəndərov, Əhməd Nurməmmədov, Mehparə Əhmədova, İmran Hacıqayibov, Rahib Nəbizadədir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyeva Ali Məhkəmənin hakimi təyin edilib.
Bundan əlavə, Ali Məhkəmənin hakimi İlham Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə bağlı həmin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi təklif olunub.
Müzakirələrdən sonra təkliflər səsə qoyularaq qəbul edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...