Bakıda məşhur modelin ölümü ilə bağlı ŞOK İDDİA - Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost...
Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb. Məlumata görə, hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib. Banklardan birində rəhbər vəzifədə işləyən 3 dost 3 qızla birlikdə dəniz sahilinə gəliblər. Onlar sahilə gələrkən avtomobilin yedəyinə aldıqları plastik motorlu qayığı da özləri ilə gətiriblər. Daha sonra dostlar qayığı dənizə salıblar və qızları da mindirərək gəzintiyə çıxıblar. Qayıq sürət yığmasından sonra ağırlıq mərkəzinin itməsi səbəbindən aşıb. 3 oğlan və iki qız çətinliklə xilas ola bilsə də, Günel Mirzəyeva suda batıb.
Hadisə sahildən təxminən 200 metr uzaqlıqda baş verib.
Qeyd edək ki, G.Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...