SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Nazirlər, icra başçıları, Fond və JEK müdirləri... Hesablama Palatasınanə tapşırılıb?

Nazirlər, icra başçıları, Fond və JEK müdirləri... Hesablama Palatasınanə tapşırılıb?

Tarix:

26-01-2017, 09:19

/ 1 508 dəfə oxundu.
Nazirlər, icra başçıları, Fond və JEK müdirləri... Hesablama Palatasınanə tapşırılıb?

Hökumətin qənaət rejiminə keçidi dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirib

Daxil olan məlumata görə, ölkə rəhbərliyi tərəfindən Hesablama Palatasına mühüm təlimatlar verilib.

Bu orqan qarşısında tələb qoyulub ki, dövlət qurumlarına nəzarət artırılsın və vəsaitlərin şəffaf istifadəsi ilə bağlı hesabatların verilməsi intensivləşdirilsin.

Dövlət büdcəsini indiyə qədər havaya sovuran və milyonları talayan məmurlar əvvəlki kimi özbaşınalığa yol verə bilməyəcək.
Ötən ilin büdcəsində kəsirlər olub, zamanında milyardlar külə dönüb, sağa-sola səpələnib, israfçılıq edilib, yeyintiyə yol verilib və indi hesab zamanı çatıb.

Mənbə qeyd edir ki, Hesablama Palatasına maxinasiyaya qarşı mübarizəni 2017-ci ildə daha da gücləndirmək tapşırılıb.
Xüsusilə təhsil, səhiyyə, aqrar, bank, sosial fondlar və vergi sistemlərində büdcə pullarının necə sərf olunmasına nəzarət artırılacaq. Eyni zamanda JEK-lərə, kommunal qurumlara, nəqliyyat idarələrinə, icra hakimiyyətlərinə xüsusi nəzarət olacaq.

Daxil olan məlumata görə, neftin dünya bazarında yuxarı qiymətə olduğu vaxtlarda məmurlar ölkənin vəsaitlərini mənimsəyib, talan ediblər.

İndi postneft dövrüdür, qeyri-neft sektoru inkişaf etdirilir. Hesablama Palatası ötən il bir çox Açıq Səhmdar Cəmiyyətlərində, Rayon İcra Hakimiyyətlərində, fondlarda və nazirliklərdə qüsurlar, yeyintilər aşkarlayıb. Hesablama Palatası yenə məmurlara qarşı “səlib yürüşü”nə başlayacaq.

Hesablama Palatasının arxayış şəkildə fəaliyyət göstərməsi, nəticələr barəsində mətbuata press-reliz yollaması bu əməliyyatlarda hansısa incə planın işlədiyinə eyham vurur.Bu mexanizm mərhələli şəkildə korrupsioner məmurların sıradan çıxarılmasını reallaşdıra bilər.

Hakimiyyət artıq qocalmış və çürümüş bir idarəetmə sistemindən qurtulu yollarını axtarır. Dünyada gedən iqtisadi proseslər, qlobal siyasətin tələbləri və daxildəki narazılıq həmin məmurlardan qurtuluşa ehtiyac yaradıb.

Bununla belə, indiki sistemin kliyentalist olduğunu nəzərə alsaq, hər bir nazir işini elə qurub ki, onun tabeliyində olanlar qanunlara deyil, şəxsən onun özünə (nazirə) sadiqdirlər. Neftin çox bahalı olan vaxtlarda belə sistem idari riskləri xeyli azaldırdı.

Amma indi, ucuz neft dönəmində, belə sistem əlavə problemlər və xərclər yaradır. Deməli, sağlam yanaşsaq, sistemi dəyişmək gərəyi getdikcə güclənir. Vitse-prezident vəzifələri bu sistemi içəridən yavaş-yavaş, dinc yolla dəyişməyin bir yolu ola bilər.

Şərhlər

XƏBƏR LENTİ