SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Dövlət Baytarlıq Xidməti rəisi barədə sensasion iddialar yayıldı

Dövlət Baytarlıq Xidməti rəisi barədə sensasion iddialar yayıldı

Tarix:

12-06-2017, 10:27

/ 62 664 dəfə oxundu.
Dövlət Baytarlıq Xidməti rəisi barədə sensasion iddialar yayıldı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti barəsində qulaq hər gün bir söz eşitməsə, necə deyərlər kar olar
Azərbaycanda məmurların kuryoz əməlləri, ağılasığmaz hərəkətləri haqda çox faktlar meydana çıxıb. Kimisi 400 minə qızına toy edib, kimisinin övladı qudurğanlıq edərək maşınla adam öldürüb, kimisi xalqı aşağılayıb və s.
Amma Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov haqda gələn maraqlı məlumat təəccüb doğurmaya bilməz.
Mötəbər qaynaqlardan sızan xəbərlərdə iddia olunur ki, A.Süleymanov I qrup əlildir. Onun səhhətində olan ciddi problemlərə görə I qrup əlil kimi pensiya aldığı bildirilir.
Təbii ki, hər bir insanın səhhətində nə vaxtsa olacaq problemdən heç birimiz sığortalanmamışıq. Ölkədə minlərlə əlillik pensiyası alan insanlarımız var. Onların arasında məmur kateqoriyasına aid olanlar da var, sıravi vətəndaşlar da.
Dövlət tərəfindən hər zaman əlil insanlara, aztəminatlı ailələrə, fiziki qüsurlu vətəndaşlara qayğı göstərilir.
Həmçinin, şəhid ailələrinə, məcburi köçkünlərə dövlət qayğısı var. Dövlət hansı dərəcə qrup əlil olmasına baxmayaraq, onu maddi cəhətdən təmin edir. Bu sırada hörmətli A.Süleymanovun olması fərdi anlamda təəccüb doğurmur.
Çünki hər bir kəsin səhhətində problem yarana bilər. Ancaq I qrup əlil olan bir şəxsin Dövlət Baytarlıq Xidmətinin rəisi işləməsi anlaşılmazdır.
Mötəbər qaynaqlardan sızan xəbərlərdə iddia olunur ki, A.Süleymanov bu məsələni ictimaiyyətdən gizli saxlayıb.
DBX rəisi vəzifəsində işləyən qulluqçu I qrup əlil olmamalıdır. Belə bir post tutan şəxs sağlam olmalıdır. İddialara görə, A.Süleymanov daim müalicə alır və onun səhhəti həkimlərin diqqət mərkəzindədir.
Bizim ona şəfa diləməklə yanaşı nazirliyə veriləcək sualımız ondan ibarətdir ki, onu vəzifədə necə saxlayıblar?
Yeri gəlmişkən, A.Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.
Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir.
Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir.

Qarşı tərəfi dinləməyə hazırıq.

ulus.az

Şərhlər

XƏBƏR LENTİ