SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… – “Pul onun özünə yox, oğluna verilib”

ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… – “Pul onun özünə yox, oğluna verilib”

Tarix:

20-05-2017, 10:35

/ 117 494 dəfə oxundu.
ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… – “Pul onun özünə yox, oğluna verilib”

“Hər dediyi yalan, hər işi fırıldaq, dini-imanı dollar olan birisi hansı haqla məni ittiham edir?”
Aslan-ISMVəkil Aslan İsmayılov türk iş adamı Hızır Ekşinin dələduzluq yolu ilə onun 40 min dollarını mənimsədiyi haqda ittihamları ilə bağlı yeni açıqlama yayıb. Xatırladaq ki, H.Ekşi, açıqlamasında iddia etmişdi ki, A.İsmayılov hələ 2 il əvvəl qardaşının Gürcüstandakı problemini həll etmək vədilə ondan 40 min dollar alıb, lakin nə işi həll edib, nə də pulu geri qaytarır. Türk iş adamı bildirmişdi ki, pulu Gürcüstanda A.İsmayılovun oğlu Vaqifə verib.

A.İsmayılov da öz növbəsində türk iş adamından 40 min dollar alındığını etiraf etmişdi. Lakin iddia etmişdi ki, bu pulu özü almayıb, pul onun gürcü dostu, professor Paata Tsonobeladzeyə çatıb. Adıçəkilən şəxs isə bu pulu mənimsəyib və vəd etdiyi işi görməyib.

41A.İsmayılov “Facebook” səhifəsində paylaşdığı yeni açıqlamasına bir sənəd üzü əlavə etməklə, haqlı olduğunu sübut etməyə çalışıb. Söhbət gürcü vəkil Ramaz Kvirikiyanın arayış xarakterli məktubundan gedir. A.İsmayılov yazır:
““Yumurta mafiyası”nın haqqımda tirajladığı 40 min dollarlıq ittihama cavab verərkən yazdıqlarımı sənədlərlə sübut edəcəyimi bildirmişdim. Sözümə əməl edərək, həmin sənədləri paylaşıram. Təqdim etdiyim sənəddə vəkil Ramaz Kvirikiya 40 min dolların P.Tsonobeladzeyə verilməsində mənim, yaxud oğlumun heç bir iştirakı olmadığını, mənim xahişimlə vəkilin P.Tsonobeladze haqqında cinayət işi qaldırılması üçün Gürcüstan Respublika Baş Prokuroruna müraciət etdiyini göstərir. P.Tsonobeladzenin yüksək rütbəli himayədarları olduğundan vəkil bu barədə ölkə Ombudsmanına də müraciət edib. “Yumurta mafiya”sının Hızır Ekşi vasitəsilə pul müqabilində təşkil etdikləri böhtanlarına cavablarımı təsdiq edən sənədlə tanışlıq, sonuncunun qardaşı Halilin də dələduzluğa görə məhkum olunduğunu göstərir. Bunlar məni və ailəmi “oğru dünyası” ilə də təhdid edirlər. Bir daha bildirirəm, ömrümün 59 ilinin hər gününə cavab verməyə hazıram və heç kimdən, heç nədən qorxmuram!”

Bundan sonra A.İsmayılov dəxli olmadığı halda yenidən “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlini hədəfə götürür və suallar sıralayır. Soruşur ki, niyə Baş Prokurorluq yanında Korrupsiyaya Qarçı Mübarizə İdarəsi M.Həsənlinin ölkədən çıxışına qadağa qoysa da, qısa müddətdən sonra götürüb, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi hansı səbəbdən M.Həsənlini əvvəl saxlasa da sonra sərbəst buraxıb və sairə.

Sonda isə vəkil ənənənvi olaraq bildirir ki, bu, onun şəxsi davası deyil: “Bu, Vətən, Dövlət davasıdır. İstəmirəm ki, bizə qardaş olan Türkiyədə iş adamları “Azərbaycan bir mafiya ölkəsi, vətəndaşları isə dələduzdur” fikri formalaşsın.

“Azca ləyaqətin varsa, daha danışma…”
murvet-mA.İsmayılovun növbəti ittihamlarına qarşı tərəfin – Mürvət Həsənlinin cavabı da yubanmayıb. İş adamı “AzPolitika”ya açıqlamasında bildirib ki, A.İsmayılov yenidən onu hədəfə götürməklə, diqqəti özünün gündəmə gəlmiş dələduzluq əməllərindən yayındırmağa cəhd göstərir. “Əvvəla, əgər Aslan İsmayılov istəmirsə ki, Türkiyədə Azərbaycan vətəndaşlarını dələduz kimi tanısınlar, birinci özü belə əməllərindən əl çəksin, sakitcə aparıb Hızır Ekşinin 40 min dollarını qaytarsın və ondan üzr istəsin. Axı Hızır Ekşi də Türkiyə vətəndaşıdır!

İkincisi, anlaya bilmirəm ki, bu məsələnin mənə nə dəxli var? Sən öz əməllərindən danış, bununla bağlı izahat ver! Daha doğrusu danışma, azca ləyaqətin varsa, utan, xəcalət çək! Mən bunun guya, özünün günahsızlığını sübut etmək üçün göstərdiyi “sənədlərlə” tanış oldum. Diqqət etdinizsə, bu sənəd cəmi 2 gün əvvəl, mayın 17-də tərtib olunub. Mən hələ bu məsələni bir kənara qoyuram ki, A.İsmayılovun elə özü kimi dələduzların köməkliyi ilə belə “sənədlər” əldə etməsi bir stəkan su içmək qədər asan işdir. Lakin hətta bu “sənədi” belə təhrif olunmuş şəkildə təqdim edir. Deyir ki, guya bu sənədlə təsdiq olunur ki, o və oğlunun pulun verilməsində iştirakı olmayıb. Halbuki, sənəddə gürcü vəkil elə Aslan İsmayılovun özünə istinadla bildirir ki, pulun verilməsində iştirak etməyib. Oğlu haqda isə heç nə deyilmir. Bəs Hızır Ekşi nə deyir? O demir ki, pulu Aslan İsmayılova verdim, deyir Gürcüstanda onun oğlu Vaqifə verdim. Bəs hanı bunu təkzib edən sübut? Hər şey gün kimi aydındır ki, Aslan İsmayılov oğlunun vasitəsilə türk iş adamından 40 min dollar alıb, lakin nə iş həll edə bilib, nə də pulu geri qaytarır. İndi onun ortaya qoyduğu “sənədin” isə 1 qara qəpiklik qiyməti yoxdur və heç nəyi sübut etmir. Əksinə, özünü dahi hüquqşünas sayan bir şəxsin belə rəzil duruma düşməsi, saman çöpündən mədət ummaq cəhdi onun bu məsələdə həqiqətən də dələduzcasına hərəkət etdiyinə ən böyük sübutdur! Hızır Ekşi olayı hələ aysberqin görünən kiçik bir hissəsidir”.

“40 min dollar nə üçün alınıb?”
qandal dollar (1)M.Həsənli deyir ki, A.İsmayılovun Hızır Ekşinin ittihamlarına cavabında yalan danışdığını onun ziddiyyətli fikirləri də sübut edir. “Bu məsələyə dair birinci açıqlamasında bildirmişdi ki, guya Hızır Ekşidən alınan 40 min dollar Gürcüstan məhkəməsinin hesabına keçiriləcəkmiş. Görəndə ki, gülünc vəziyyətə düşür, indi də deyir, daha doğrusu ortaya atdığı “sənəddə” bildirir ki, 40 min dollar guya P.Tsnobiladzeyə vəkil fəaliyyətinə görə ödənilib. İstənilən halda Hızır Ekşinin 40 min dollarını Aslan İsmayılov qaytarmalıdır, lakin 2 ildir qaytarmır!

Sual olunur: Hər dediyi yalan, hər işi fırıldaq, dini-imanı dollar olan birisi hansı haqla məni ittiham edir?”

“Yalanın da bir əndazəsi olar!”
M.Həsənli bir daha vurğulayır ki, Hızır Ekşi ilə Aslan İsmayılovun davasına onun heç bir aidiyyatı olmasa da, vəkilin bu məsələ üzərindən də ona hücuma keçməsi dələduzluq faktını gizlətmək cəhdidir. “Ona görə də, mənimlə bağlı dediklərinə geniş cavab verib, onun öz hiyləğər məqsədinə çatmasına səbəbkar olmaq istəmirəm. Lakin qısaca olaraq vurğulamaq istəyirəm ki, yenə də mənimlə bağlı dediklərinin əksəriyyəti yalan və cəfəngiyyatdır. Nə Korrupsiya İdarəsi mənim ölkədən çıxışıma qadağa qoyub, nə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşam, nə də səhhətimə görə guya mənim ifadəmin alınması təxirə salınmayıb. İstər Korrupsiya İdarəsi, istərsə də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən səhhətimdəki problemlərə görə yox, məhz şikayət əsassız olduğu üçün ifadəm alındıqdan sonra sərbəst buraxılmışam. Yalanın da bir əndazəsi olar! Baxmayaraq ki, mən bu adamdan ən alçaq böhtanları gözləyirəm”.

AzPolitika.info
ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… – “Pul onun özünə yox, oğluna verilib”
ASLAN İSMAYILOV ORTAYA SƏNƏD QOYDU… – “Pul onun özünə yox, oğluna verilib”

Şərhlər

XƏBƏR LENTİ