SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əli Abbasovla İltimas Məmmədov yenə ifşa oldu: Bu faktlar da bəs eləmir

Əli Abbasovla İltimas Məmmədov yenə ifşa oldu: Bu faktlar da bəs eləmir

Tarix:

20-05-2017, 10:05

/ 118 224 dəfə oxundu.
Əli Abbasovla İltimas Məmmədov yenə ifşa oldu: Bu faktlar da bəs eləmir

Mayın 18-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib
Sabiq aparat rəhbəri ifadəsində bildirib ki, ittiham aktı ilə ətraflı tanış olan zaman yazılarda səhvləri yox, doğrunu axtarmağa məcbur olub.
V.Zeynalov sabiq nazir Əli Abbasov və indi də müavin vəzifəsində çalışan İltimas Məmmədovun məsuliyyət daşıdığını qeyd edib.
“Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. İlkin ifadəmdə göstərmişəm.
Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox”,-deyə sabiq aparat rəhbəri nazir müavinin ittiham edib.
Vidadi Zeynalov ifadəsində bildirib ki, sabiq nazir Əli Abbasovun tapşırığına əsasən, bizim idarədə bəzi əməkdaşlar “paket” alıb:
“Mən heç zaman “paket” almamışam. Alan şəxslərə də qarışmamışam. O vaxt hətta Əli Abbasov mənə tapşırdı, bir qadını işə götürüm. Həmin qadın ayın sonu gəldi ki, ona əlavə pul veriləcək. Dedim, mən əlavə pul verən deyiləm.
Məndən icazə istədi ki, o zaman Əli Abbasovun yanına gedəcəm. Dedim, buyurun. Sonra o gedib Rabitə Nazirliyindən həmin pulu aldı.
Sonradan soruşdum dedi ki, 500 manat əlavə pul alıb. İndi mənə ittiham verilib ki, guya vəzifə səlahiyyətlərini aşmışam. Mən günahsızam.
Bilirsiniz, əvvəllər bizim idarədə maaş çox az idi. Mən nazirdən xahiş elədim ki, əməkhaqqımızı qaldırsın. O, “paket” verilməsini təklif etdi.
Mən isə bununla razılaşmadım. Sağolsun, Vidadi müəllim də mən deyəni dəstəklədi. Bizim maaşımız normallaşdı. Ona görə mən heç zaman əlavə pul söhbətində olmamışam”.
Bütün bu faktlara baxmayaraq, Ə.Abbasov və İ.Məmmədov barəsində nə cinayət işi açılır, nə məsuliyyətə cəlb olunur. Onlar dan biri azadlıqda gəzir, biri isə nazir müavini vəzifəsində çalışır.
Onu da deyək ki, Əli Abbasov da öz ifadəsində təsdiq edib ki, Vidadi Zeynalov onun tapşırığı ilə pulları alıb, ona verib və yaxud da kimlərəsə "paket” verib.
"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.
Məsələn, sabiq rabitə naziri Əli Abbasovla müavini İltimas Məmmədovun poçtların tikintisinə ayrılan vəsaitləri şişirdərək milyonları mənimsədiyi məlum olub. İstənilən regionda poçt şöbəsinin tikintisi 6000-7000 manata başa gəlir.
Nazir və müavini isə bu işləri 80000-90000 manata sənədləşdirib. O cümlədən nazirliyə tabe olan müəssisələrdə təmir-tikinti işləri bu cür formada şişirdilib.
Bu tikintiləri isə nazir müavini İltimas Məmmədovun yaxın adamı cəlilabadlı Həsənov Ramil Şirindil oğluna məxsus "İmaməli” MMC, "Cavad” MMC, "Ceyhun 94” MMC-lər vasitəsi ilə həyata keçirilib.

Şərhlər

XƏBƏR LENTİ