SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Ziya Məmmədov özü ilə kimləri aparır... - İLGİNC

Ziya Məmmədov özü ilə kimləri aparır... - İLGİNC

Tarix:

16-05-2017, 09:47

/ 63 250 dəfə oxundu.
Ziya Məmmədov özü ilə kimləri aparır... - İLGİNC

Keçmiş nəqiyyat naziri Ziya Məmmədovun mövqelərini itirməsi, onun hakimiyyətdə təmsil olunan yaxın qohumlarına da təhlükə sayılır.
Məlumata görə, Ziya Məmmədov vəzifəsini itirdikdən sonra onun əmlaklarının müsadirə olunması xəbərlərinin yayılması da təsadüfi deyil.
Qeyd edək ki, həmin məlumatlarda sabiq nazirin şəxsi təyyarəsi ilə yanaşı, Ucarda - doğma kəndində olan hər iki villasındakı 6 bahalı avtomobilinin müsadirə edildiyi bildirilir. Bu isə təhlükənin Ziya Məmmədovun yaxın çevrəsinə doğru istiqamətləndiyini göstərir.
Verilən məlumata görə, təxminən son 6 ay ərzində sabiq nazir və onun vəzifədə olan yaxın qohumlarının adının müxtəlif qalmaqallarda hallanması və gündəmdən düşməmələri təhlükəli ssenarinin işə salındığını göstərir: "Hazırda Ziya Məmmədova yaxın olan nazirlər, icra başçıları, pois rəislərinin də karyerası təhlükə qarşısındadır".
Məlumatlı şəxs iddia edir ki, son aylar Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun davamlı tənqidlərə məruz qalması, onun yol verdiyi yeyintilər, səhlənkarlıq, vəzifə öhdəliklərini yerinə yetirə bilməməsi kimi tutarlı faktların dövriyyəyə buraxılması göstərir ki, artıq iqtidar düşərgəsində ona da etimad azalıb:
"Diqqət edirsinizsə, vaxtı ilə Heydər Əsədovun vəzifədən azad etdiyi şəxslər də son həftələr fəallaşıblar. Məsələn, "Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov vəzifədə olarkən mediaya qapalı olsa da, son aylar mətbuatın ulduzuna çevrilib. O, birdən-birə müsahibələr verərək, açıq şəkildə Heydər Əsədovu "topa" tutmağa başlayb.
Baxın, bir neçə gün əvvəl o, saytların birinə geniş müsahibə verərək:
"Bu gün Kənd Təsərrüfatı Nazirliyində güclü mütəxəssis qalmayıb… Onların yerində qeyri-peşəkarlar və maliyyəçilər gəlib oturublar...
…Təəssüf ki, kənd təsərrüfatını güclü bilən insanlar bu gün kənarda qalıblar…
Azərbaycanda taxıl və digər bitkilər ekstensiv üsullarla əkilib-becərilir…
Bizdə torpağa yanaşma şüursuz qaydada olduğu üçün münbit torpaqlar məhv olur… Xızıda, Şamaxıda, Lerikdə dağların başında nə taxıl bitəcək? O zaman dövlətin pulları niyə boş-boşuna xərclənsin?", - kimi gözlənilməz, eyni zamanda, birbaşa hədəfə vuran ifadələr işlədib.
İlk baxışdan deyə bilərsiniz ki, keçmiş ASC sədrinin kənd təsərrüfatı sahəsindəki vəziyyətə ürəyi yanır, bu sahənin dirçəldilməsi üçün çabalayır. Ancaq bu, belə deyil. Çoxları bilir ki, Əli Bayramov da böyük korrupsionerlərdən biri olub. Ancaq indi o, Heydər Əsədovu "vurur”, onu yeyintidə, iş bilməməzlikdə iittiham edir. Söz yox, bunlar doğrudur. Lakin Əli Bayramovun əsl hədəfi bunları qabardıb, həllinə nail olmaq deyil. O, Heydər Əsədovdan vaxtı ilə onu yoxlatdırıb, üzə çıxardığı yeyintilərə görə çəkdiyi əzab və maddi zərərlərin qisasını almaq istəyir.
Sözsüz ki, Əli Bayramovu illər sonra cəsarətləndirən əsas faktor Ziya Məmmədovdan sonra qudası Heydər Əsədovun da dayaqlarının ciddi zədələnməsi və əvvəlki möhkəm etimadının sarsılmasıdır. Bunu uzun illər vəzifədə işəmiş, kifayət qədər dərin informasiyalara sahib olan Əli Bayramov əla bilir, ona görə də meydana atılıb".
Məumatlı şəxs deyib ki, qarşıdakı aylarda Heydər Əsədova yönəlik hücumlar daha da intensivləşə bilər:
"Düşünürəm ki, Heydər Əsədova qarşı kampaniya daha genişlənəcək. Əli Bayramovdan başlayan hücuma Kənd Təsərrüfatı Nazirliyindən qovulan digər simalar da qoşulacaqlar. Onların hər birinin bu sahəni yaxşı bilməsi və içəridə hələ də kadrlarının qalması isə nazirin daha ağır ittihamlarla üzləşəcəyi anlamına gəlir”.
Mənbəmiz hesab edir ki, Heydər Əsədov və onun KTN-dəki qruplaşması yaxın aylarda böyük zərbələr alacaq:
"Bu məsələdə Heydər Əsədovun rəqiblərinə hazırda da KTN-də şöbə müdiri kimi yüksək vəzifələrdə olan, eyni zamanda, hakimiyyətin digər pillələrindəki yaxın qohumlarına arxayın olan məmurların da dəstək verəcəyi gözlənilir. Bir sözlə, rəqibləri Heydər Əsədovu daxildən də zərərsizləşdirməklə, onun nazir ömrünü bitirməyə çalışırlar".
İddiaya görə, H.Əsədov ona qarşı başlayan prosesi dayandırmaq gücündə deyil. Çünki ortaya daha çılpaq şəkildə çıxan korrupsiya əməlləri H.Əsədova olan inamı ciddi şəkildə zədələyib: "Xüsusi ilə nazirin qızının həyat yoldaşı Anar Məmmədovu qorumaq üçün ötən il atdığı bəzi addımlardan sonra, artıq ona inanmırlar".
Sonda mənbəmiz deyib ki, Heydər Əsədov hazırda nazir kirvəsinin dəstəyinə, barəsindəki verəcəyi təqdimata daha çox ümid bağlayır: "Əgər tələbə yoldaşı, həm də kirvə qohumluğu olan həmin nazir cəsarətli olub, hakim dairələrə təminat verərsə, o zaman Heydər Əsədov Ziya Məmmədovun taleyini yaşamaya bilər...".

Reyting.az

Şərhlər

XƏBƏR LENTİ