“Pulu siz yemisiz, qeyrətsizlər” - “Rabitə işi”ndə gərginlik
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilənlərdən biri, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev bu dəfə də məhkəməyə xərəkdə gətirilib. O, zalda stolun üstündə uzanaraq prosesdə iştirak edib. B.Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. Ardınca onun vəkili hakimlərə etiraz edib.
Vidadi Zeynalov və digər təqsirləndirilənlər B.Vəliyevlə bağlı vəsatəti müdafiə etməyiblər, qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər.
Onların bu mövqeyi B.Vəliyevi hövsələdən çıxarıb və keçmiş həmkarlarını təhqir edib: “Niyə vəsatəti müdafiə etmirsiz? Çünki şərəfizsiniz. Mənim heç bir günahım olmadan oturmuşam burda. Pulu siz yemisiz, qeyrətsizlər! Ona görə səsiniz çıxmır”.
Vəsatət baxılmamış saxlanılıb.
Məhkəmə prosesi martın 29-da davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...