SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Qarabağda savaş siqnalı: Yazda müharibə başlayacaq?

Qarabağda savaş siqnalı: Yazda müharibə başlayacaq?

Tarix:

4-03-2017, 14:26

/ 1 849 dəfə oxundu.
Qarabağda savaş siqnalı: Yazda müharibə başlayacaq?

Son günlər cəbhə xəttində yaşanan gərginlik müharibə ehtimallarını artırır. ABŞ-ın Karnegi fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall da erməni mətbuatına müsahibəsində məhz bölgədə yeni müharibənin başlayacağını vurğulayıb. Tomas de Vall bildirir ki, təmas xəttində son aktivləşmə tezliklə irimiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər. Dağlıq Qarabağda müharibə riski nə qədərdir?

“Danışıqlar sıfıra düşür, hərbi vəziyyət önə çıxır”

Milli Məclisin üzvü Zahid Oruc deyib ki, danışıqlar prosesi iflic olduğu üçün müharibə riski artıb: “Tomas de Vall bölgəni yaxından tanıyan, həm Azərbaycanda, həm Ermənistanda, həm də Qarabağda səfərlərdə olmuş və eyni zamanda yetərincə kəşfiyyat məlumatları olan bir şəxsdir. Bu baxımdan onun açıqlamaları heç bir halda səthi xarakter daşımır və kompyüter arxasında oturub bölgəni izləyən siyasətçilərdən, ekspertlərdən çox fərqli məzmun daşıyır. Bunu mütləq nəzərə almaq lazımdır. Tomas de Vall eyni zamanda “Qara Bağ” kitabının müəllifidir və orada da müxtəlif razılaşmadığı məqamlar olsa da, ancaq 90-cı illərin hadisələrini işıqlandırmağa çalışıb.

Qaldı ki, məhz yazda müharibənin başlamasına və müxtəlif ölkələrin diplomatik korpusların mətbəxlərində diskussiya edilməsinə, bunlar bölgəylə bağlı çıxan xəbərlərlə çox əlaqəlidir. Son günlər ərzində cəbhə xəttində vəziyyət gərginləşib. Bu isə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların nəticəsidir. Ötən ilin aprelindən sonra prezidentlər səviyyəsində Sankt-Peterburq görüşünü nəzərə almasaq, əsaslı danışıqlar aparılmayıb. Bu o, deməkdir ki, danışıqlar prosesi iflic edilib.

Epizodik halda, ayrı-ayrı həmsədr ölkələrin bəyanatını çıxsaq, real halda ortada hansısa sənədin müzakirə edildiyini görmürük. Cəmiyyətlərdə artıq belə demək mümkündürsə, bundan duyuq düşüblər. Əvəzində cəbhə xəttində aktivləşmə də buna adekvat olaraq baş verəcək. Danışıqlar sıfıra düşdüyündən, hərbi vəziyyət önə çıxır. Belə demək mümkündürsə, diplomatlar susanda, silahlar danışır. Ona görə də ilk növbədə məhz bu amilləri nəzərə almalıyıq”.

“Azərbaycan silahları təlim üçün almayıb”

Zahid Oruc əlavə edib ki, Azərbaycan əlindəki hərbi gücü istifadə etməyə çalışır. Onun sözlərinə görə, Azərbaycanın aldığı silahlar gözləmə mövqeyi üçün və ya təlim üçün deyil: “Hər kəsə bəllidir ki, Azərbaycanın Rusiyadan, İsraildən və digər ölkələrdən aldığı texnika, texnologiya, hərbi resursların böyük əksəriyyəti Qarabağ müharibəsi üçün çeşidlənib, o istiqamətə indekslənib. Alınan silahların xarakteristikası Qarabağ müharibəsi üçün önəmlidir. Belə olan tədqirdə, Qazaxdan, Tovuzdan və yaxud Gədəbəydən İrəvana hücüm işləyib hazırlamırıq ki? Yəni, ortada belə bir plan da yoxdur. Əsasən Qarabağın relyefinə, Kəlbəcərə, dağlıq ərazilərə, dağətəyi bölgələrə və sairə yönəlmiş silahlardır. Onun uçuş radiusu, hədəfi vurma parametrləri də məhz Qarabağ üzərindədir.

Ona görə də heç kim Azərbaycana deyə bilməz ki, Rusiyadan və İsraildən aldığınız silahları gətirin səngərlərdə köhnəldin və metal yığını kimi kənara atın. Sarkisyan 1 il əvvəl 6 apreldə Almaniyaya səfər etmişdi və Angela Merkellə görüşdə demişdi ki, onlar 80-ci illərin “metallomu” ilə vuruşurlar. Bunun özü Ermənistandakı hərbi vəziyyəti bilməyə hər kəsə imkan verdi”. Zahid Oruc sonda bildirib ki, əgər Ermənistan diplomatik yollarla həll prosesinə razı deyilsə, müharibə qaçılmazdır: “Əgər diplomatik vasitələrlə Ermənistanı nəyəsə vadar edə bilməyəcəklərsə, mütləq tərəflər toqquşacaq. Əslində müharibənin səbəbi də məhz budur: Danışıqlar yolu ilə həll olunmursa, müharibə yolu ilə olmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ