SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cavid Qurbanov “Azəravtoyol”u “Azərbaycan Dəmir Yolları”na birləşdirə biləcəkmi? -Araşdırma

Cavid Qurbanov “Azəravtoyol”u “Azərbaycan Dəmir Yolları”na birləşdirə biləcəkmi? -Araşdırma

Tarix:

2-03-2017, 15:29

/ 1 990 dəfə oxundu.
Cavid Qurbanov “Azəravtoyol”u “Azərbaycan Dəmir Yolları”na birləşdirə biləcəkmi? -Araşdırma

“Azəravtoyol” ASC-nin Bakıdakı İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) şair Mikayıl Müşfiqin abidəsini götürməsindən sonra yaranmış qalmaqalın böyüməsinin əsas səbəbi bəlli oldu. “Azəravtoyol” ASC şair Mikayıl Müşfiqin abidəsini təmir işləri başa çatdıqdan sonra öz yerində yerləşdiriləcəyini bəyan etdi və abidənin dağıdılmadığını sübut edən fotoları ictimailəşdirsədə bu bir işə yaramadı. Çünki, baş vermiş hadisədən faydalanmaq istəyən qüvvələr prosesi öz xeyirlərinə çevirə bildilər.

Bu barədə yazan mənbə deyir ki, “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi xəbərinin ön plana çıxarılması isə Cavid Qurbanovun istəyini hər kəsə bəlli etdi. Öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarıldı. Həmin MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edildi, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verildi.

“Azəravtoyol” ASC-nin sözçüsü Anar Nəcəfli sözügedən hadisəylə bağlı növbəti açıqlamasını yaydı: "Bir daha təkrarlayıram ki, aparılan yenidənqurma işləri zamanı görkəmli şairimiz Mikayıl Müşfiqin büstünə zərər dəyməsin deyə uyğun texnologiya əsasında əsərin görünüşündə heç bir dəyişiklik edilmədən ərazidən tam və sağlam şəkildə götürülüb. Hazırda büst və büstün qoyulduğu xüsusi hissənin üzlənməsində istifadə olunan qranit-mərmər də parça və xüsusi materialla örtülmüş şəkildə cəmiyyətin anbarında saxlanılır. Məlumat üçün bildirim ki, quruculuq-abadlıq işləri tam başa çatdıqdan sonra büstün hazırda yerləşdiyi ərazidə böyük və gözəl yaşıllıq parkı salınacaq. Mikayıl Müşfiqin büstü də əvvəlki şəkildə həmin əraziyə qoyulacaq".

Cavid Qurbanovun isə “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi xəbərinə münasibət bildirmir. Onun himayəsində olan xəbər saytları isə öz işlərini görürlər. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını deyir. Ən son xəbər isə Mikayıl Müşfiqin sökülmüş büstünün 15 gün ərzində öz yerinə qaytarılacağıdır. Bu barədə “Qafqazinfo”ya “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O qeyd edib ki, hazırda Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsində bununla bağl layihə işlənilir:

“Layihə 1-2 günə tamamlanmalıdır. Bundan sonra biz işlərə start verəcəyik. Mikayıl Müşfiqin büstü əvvəlki yerdən 3-4 metr mərkəzə doğru ərazidə yenidən qoyulacaq”.

Şərhlər

XƏBƏR LENTİ