Baş Prokurorluq media orqanına xəbərdarlıq edib
Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərbaycan 24” xəbər portalının internet saytında, eləcə də “YouTube” sosial şəbəkəsinin həmin xəbər portalına məxsus kanalında bu ilin fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu ərazilərdə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycanın mövqelərinə soxulmağa cəhd göstərərkən baş verən döyüşlərdə qəhrəmancasına həlak olmuş hərbçilərimizin meyitlərini və digər informasiyaları əks etdirən videogörüntülər yerləşdirilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar, xəbər portalının baş redaktoru Elgün İbrahimov Baş Prokurorluğa dəvət edilməklə, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu portalda hərbi sirr təşkil edən, düşmən tərəfinin maraqlarına xidmət edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək