MTN-in əsas simalarından biri özünü təqsirkar bilmir
Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 25 nəfər zərərçəkmişin mülki iddiasının icraata götürülməsi tələbi ilə bağlı vəsatətləri təmin olunub.
S.Qurbanov vəsatət verərək səhhətinin ağır olmasına görə müayinə olunması üçün tibbi ekspertizanın keçirilməsini istəyib. Məhkəmə generalın vəsatətini baxılmamış saxlayıb.
Prosesdə fasilə elan olunub.
***
Fasilədən sonra davam edən prosesdə S.Qurbanovun vəsatətinin təmin edilmədiyi bildirilib.
Dövlət ittihamçısı ittiham aktının general S.Qurbanovla bağlı hissəsini elan edib və general özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək