XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Şəmsəddin Hacıyev dayaqlarını itirdi

Şəmsəddin Hacıyev dayaqlarını itirdi

Şəmsəddin Hacıyev dayaqlarını itirdi
18-02-2017, 00:07

Deputat Şəmsəddin Hacıyevin siyasi dayaqları itirildi. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovla sıx əlaqələrə malik olan millət vəkili bu iqtidardan məhrum olub

Məlumata görə, Ş.Hacıyevin Dövlət İqtisad Universiteti rektorluğundan gedişi bir zərbə idisə, Z.Məmmədovun nazir işini itirməsi onun üçün ikiqat travmadır.

Mətbuat yazıb ki, Ş.Hacıyevin rektor olarkən ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu “Turan-2009″ MMC, ”İqtisadçı” MTK və digər şirkətlər vasitəsilə İqtisad Universitetində milyonlarla manatlıq “əməliyyat” aparmaları təsdiqlənib.

Bu “əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yeni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrinə ancaq xırda rəqəmli əməliyyatları daxil etsə də, böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib:

“Məsələn, 2011-ci ildə 166,822 manatlıq, 2012-də 136.748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə, məhz Mikayıl Cabbarov nazir işlədiyi vaxtlarda 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər:

”Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisinə ayrılıb.

Burada ən diqqətçəkən fakt isə Şəmsəddin Hacıyevin bu 11 milyon manatı ailə şirkəti – “Turan” MMC-nin ortaqlığı ilə həyata keçirilməsidir. Bütün bunlar dəqiq araşdırılıb.

Məlumata görə, siyasi rıçaqlarını itirən deputatın barəsindəki bu araşdırmalar yenidən hərəkətlənə bilər.

Eyni zamanda növbəti parlament seçkilərində böyük ehtimalla Ş.Hacıyevin namizədliyi irəli sürülməyəcək. Həm keçmiş nazir faktoru, həm yaş məsələsi onun parlamentdə iştirakını bloklaya bilər.

Məlumat üçün deyək ki, deputat 1950-ci il noyabr ayının 8-də Ucar rayonunda anadan olub. O, Ucar və ya Göyçaydan icra başçısı təyin olunmaq üçün də dəridən-qabıqdan çıxıb. Amma istəklərinə nail olmayıb.

Şəmsəddin Hacıyevin MTN-lə bağlı bir sıra əlaqələri də olub. Bu haqda mətbuatda iddialar yer alıb. Şəmsəddin Hacıyevin də MTN-lə bağlı bir sıra əlaqələri olub.

Belə ki, sabiq rektor mətbuatda haqqında gedən tənqidi yazıları yazanları bir şəkildə MTN əməkdaşları tərəfindən ya cəzalandırıb, ya da onları bir şəkildə susdurub.

Düzdür, onun bu məqsədlə külli miqdarda pullar xərclədiyi də deyilir. Amma həmin pulların mətbuata deyil, onu himayəsinə almış MTN işçilərinə verildiyi vurğulanır.

Hacıyev hələ bir müddət əvvəl “20 YANVAR” Dairəsinə yaxın yerdə inşa etdiyi 3 binanın 10-a yaxın mənzilini MTN-dəki himayəçilərinə hədiyyə edib.

Daha sonra isə iş o həddə qədər gəlib ki, deputat bu evlərdən daha birini elə nazirliyin rəhbərliyini tapşırığı ilə MTN-lə bağlı olan media mənsublarından birinə verib.

Qarşı tərəfi dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.