SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Polisin tələb etdiyi kreslolar... - Məşhur oliqarxın yeni biznesi

Polisin tələb etdiyi kreslolar... - Məşhur oliqarxın yeni biznesi

Tarix:

17-02-2017, 11:33

/ 2 706 dəfə oxundu.
Polisin tələb etdiyi kreslolar... - Məşhur oliqarxın yeni biznesi

Qiyməti 150-350 manat arasında olan kreslolara görə ölkədən milyardlar çıxarılacaq!

Dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdə azyaşlıların daşınması zamanı xüsusi oturacaqlardan (avto kreslo) istifadə edilməməsinə görə sürücülərin cərimələnəcəyini açıqladı.

Həmçinin, təhlükəsizlik məqsədi ilə arxa oturacaqlarda da “avto kreslo”ların istifadə edilməli olduğu bildirildi. Bundan sonra isə sosial şəbəkələrdə vətəndaşlar “avto kreslo”ların qiymətlərindən şikayətlənməyə başladılar.

Bununla bağlı kiçik araşdırma apararaq bazarda xüsusi oturacaqların hansı qiymətə satıldığını müəyyən etdik.

Bəlli olub ki, yeni “kreslo”lar ın qiyməti 150-350 manat arası dəyişir.

Alqı-satqı saytlarında sürücülər işlənmiş oturacaqlar da təklif edirlər. Bu zaman isə qiymət “kreslo”nun vəziyyətindən asılı olaraq dəyişir. İkinci əl xüsusi oturacaqlar isə 40-100 manat qiymətə satılır.

Daxil olan məlumata görə isə, bu cərimələr yüksəkçinli oliqarx məmurlardan birinin yeni biznesi ilə bağlıdır. Belə ki, hələlik adını çəkmək istəmədiyimiz həmin nazir-oliqarx ölkəyə uşaqlar üçün avtomobil oturacaqlarından külli miqdarda gətirməyə hazırlaşır. Artıq Çin istehsalçılarının biri ilə uyğun anlaşmanın əldə edildiyi də bildirilir. Ölkədə bu kimi oturacaqların alınması məcburi xarakter daşıyacağı halda yüz minlərlə oturacağın satılması reallaşa bilər. Bu isə yenə hansısa məmurun yüz milyonlar qazanması ilə yanaşı, ölkədən milyardlarla dolların xaricə axın etməsinə səbəb olacaq.

qafqazinfo

Polisin tələb etdiyi kreslolar... - Məşhur oliqarxın yeni biznesi
Polisin tələb etdiyi kreslolar... - Məşhur oliqarxın yeni biznesi

Şərhlər

XƏBƏR LENTİ