“PASHA Insurance”dən şikayət: Müştərilərin ödənişləri verilmir?
Şikayətim “PASHA Insurance”dandır. Hər kəsi bu sığorta şirkətinin xidmətlərindən uzaq olmağa çağırıram.
Bu barədə sözügedın sığorta şirkətinin müştərisi Ceyhun Fərəcov yazıb. O bildirib ki, ötən ilin dekanrından baş verın hadisəyə görə” PASHA Insurance” şirkətindən ödəniş ala bilmir:”29 dekabrda olan nəqliyyat hadisəsinə görə nəinki ödəniş, hətta qiymətləndirmə belə olmayıb hələ də.
Halbuki bu 7 iş günü ərzində olmalı idi. Qaynar xəttə 1 ay durmadan zəng etsəniz də götürən olmayacaq.
Maraqlananlar instagram səhifələrində kommentlərə baxa bilər.
Bu paylaşımı görsələr gəlib komentdə məndən şəxsi məlumatları istəyəcəklər, guya araşdırma aparmaq üçün. Amma indidən qeyd edim ki, bu məlumatları onlara ən azı 5 dəfə vermişəm”.
Məsələ ilə bağlı sözügedən sığorta şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Tribuna.az



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub