Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Paytaxtın Nizami rayonunda qanunsuz tiintilər tez-tez medianın gündəminə gəlir. Rayon sakinləri qanunsuz tikintilərin artıq səkiləri belə zəbet etməsinə etiraz etməyə başlayıblar. Onlar iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: “Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb”.
Sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas “adamı” Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: “Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.![]()
Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da “haqqı”nı verib “ədaləti” satın alırlar? Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar…”
Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: “Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?”.
Mövzu ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov korrupsiya və rüşvətə görə bir neçə dəfə məhşər ayağına çəkilib. Lakin hansısa sehirli vasitələrlə “içəriyə” düşməkdən yayınmağı bacarıb. Burada bir vacib məqama da diqqət yetirilməlidir. Firdovsi Cəbrayılov 2014-cü ildə Səbail bələdiyyəsinə üzv seçilib, 2015-ci ilə qədər isə bələdiyyənin sədri olub. Cəbrayılov bu vəzifəsindən öz ərizəsi ilə istefa verib.Səbəb isə belə olub. Həmin dövrdə Səbail rayonu İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizov bələdiyyə sədrinin qanunsuz əməllərindən xəbər tutaraq, onun bu kimi fəaliyyətini məhdudlaşdırmağa başlayıb, yəni qısaca olaraq deyə ki, icra başçısı Cəbrayılovun “bazarını” bağlayıb.
Artıq əvvəlki kimi qanunsuz torpaq sata və digər bu kimi qanunazidd davranışlarını davam etdirə bilməyən bələdiyyə sədri istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Digəl, adam hazırkı vəzifəsində də köhnə vərdişlərini davam etdirir, üstəlik həyasız bir şəkildə Eldar Əzizovun adından yararlanmağa çalışır. Yəni Cəbrayılov Nizami rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun Eldar Əzizovla yaxınlığından da saxtakarlıqla öz mənfəəti naminə yararlanır.
Halbuki, bunu çoxları bilir , Firdovsi Cəbrayılov yaxasını Eldar Əzizovdan güc-bəla ilə qurtarıb…
cumhuriyyet.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub