177 nömrəli tam orta məktəbdə 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib
Bakı şəhəri, N.Nərimanov rayonu 177 nömrəli tam orta məktəbdə 27 sentyabr 2024-cü il tarixində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Himni ilə başlayan tədbirlərdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bir dəqiqəlik sükut zamanı gözyaşlarına qərq olan məktəb direktoru çıxış edərək, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Komandanımız, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin bariz nümunəsidir ki, Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz uğur qazandı. Qəhrəman vətən övladlarının xatirəsi əbədi olaraq, xalqımızın qəlbində yaşayacağını qeyd edən Arzu Süleymanova dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə diqqət və qayğının davam etdiyini, onların daim diqqət mərkəzində saxladığını qeyd etdi. Bu addımın hər bir ölkə vətəndaşı üçün prioritet məsələ olduğunu bildirdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, köhnə strateji yüksəkliklərin zərərdən təmizlənməsi üçün rəşadətlə döyüşərək böyük tarixi nailiyyətə imza atdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun cəsurluğu, qəhrəmanlığı sayəsində Vətən müharibəsi zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi ilə qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycanın igid oğulları 44 gün ərzində Vətən sevgisini, torpağa bağlılığını həmçinin ölkə Prezidentinə sadiqliyini bütün dünyaya çatdırdı. Şuşa döyüşləri və Qarabağın gözü olan Şuşa qalasının işğaldan azad olunması Azərbaycan və dünya hərb tarixinə həkk olunan əsl qəhrəmanlıq dastanına çevrildi.
Arzu Süleymanova vurğuladı ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil, düşünülmüş, uzaqgörən və müdrik siyasəti nəticəsində Vətən müharibəsində haqq savaşımız dünyaya çatdırıldı. Bu, xalqımızın böyük tarixi uğurudur. Azərbaycan artıq dünyada qalib kimi tanınır və xalqımız müzəffər xalq kimi əbədi olaraq o torpaqlarda yaşayacaq. Bu nailiyyəti, uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir. Məktəbdə təhsil alan şagirdlərin valideynləri şəhidlərin xatirəsinin ehtiramla yad edilməsini yüksək qiymətləndirdilər həmçinin şəhid və qazi ailələrinə göstərilən diqqətin təqdirə layiq olduğunu bildirdilər.



























Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub