SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Rabitə işi”: Vidadi Zeynalov İltimas Məmmədovun aldığı “paket”in də hesabını verir

“Rabitə işi”: Vidadi Zeynalov İltimas Məmmədovun aldığı “paket”in də hesabını verir

Tarix:

31-01-2017, 08:38

/ 2 732 dəfə oxundu.
“Rabitə işi”: Vidadi Zeynalov İltimas Məmmədovun aldığı “paket”in də hesabını verir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov nazir müavini İltimas Məmmədovun aldığı aylıq “paket”lərə görə də mühakimə olunur

Məlumata görə, V.Zeynalovun aylıq 30 min, İ.Məmmədovun 50 min “paket” aldığı üzə çıxıb. Lakin bu gün müttəhim kürsüsündə təkcə keçmiş aparat rəhbəri var.

Nazir müavini isə bu cinayətlərdən sovuşub və məsuliyyətə cəlb edilməyib. İ.Məmmədovun aldığı “paket”in məbləği V.Zeynalovdan da çox olub. Amma bu böyük fakt heç bir əhəmiyyət kəsb etməyib.

Nazir müavinini himayə edən dairələr onu həsbsdən qoruyub və bütün məsuliyyəti aparat rəhbərinin çiyinlərinə yükləyib. İndi V.Zeynalov İ.Məmmədovun aldığı pulların da cəzasını çəkir.

Azərbaycan məhkəmə-istintaq tarixində teatrdır ki, daha böyük vəzifəsi olan nazir müavini “rabitə işi”ndən sağ-salamat, mühakimə olunmadan çıxır, daha aşağı vəzifəsi olan aparat rəhbəri bütün günahların sahibi kimi məhkəmə tribunasına çıxarılır.

Məlumata görə, nazirliyin milyonları necə silib-süpürməsi, büdcə vəsaitlərinin tender oyunlarında talan edilməsi, irimiqyaslı maxinasiya əməliyyatlarının üstü açılır.

Eləcə də aparat rəhbəri və digər təqsirləndirilən vəzifəlilər təlimatların rabitə naziri Əli Abbasovdan, MTN rəhbəri Eldar Mahmudovdan gəldiyini etiraf edirlər.

V.Zeynalov və digər rabitəçilərin açıqladığı faktlar sabiq nazirlərin həbsinə kifayət edir. Amma keçmiş rabitəçilər eks-nazirsiz mühakimə olunurlar.

V.Zeynalovun nazirin əmrlərinə, təlimatlarına tabe olması, onun tapşırıqlarına boyun əyməsi və bu mənimsəmələrdə Ə.Abbasovun iştirak etdiyini deməsi sıradan bir olay kimi xəbər lentində keçir.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “ümumi xəzinə”yə topladıqları pullardan verilib.

İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verir.

Şərhlər

XƏBƏR LENTİ