Əhmədzadə ilə Həsənova “əcəl zəngi”: Zahid Orucun təklifi reallaşır
Standartlaşdırma, Meterologiya və Patent Komitəsi ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC üçün sınaq dövrü başlanıb
Bu barədə daxil olan məlumata görə, komitə sədri Ramiz Həsənovla ASC rəhbəri Əhməd Əhmədzadənin fəaliyyəti ciddi şəkildə narazılıq doğurub.
Yuxarı dairələrdə gedən müzakirələrdə hər iki dövlət məmurunun işində yol verdiyi nöqsanların aradan qaldırılması tələb olunub.
Eyni zamanda bu iki strukturun özlərinə yaxın idarələrə birləşdirilməsi təklif edilib. Komitənin İqtisadiyyat Nazirliyinə, ASC-nin isə “Azərsu” ASC-yə verilməsi təşəbbüsü irəli sürülüb.
Son qərarı prezident verəcəyinə baxmayaraq, artıq postneft dövrünün tələbindən irəli gələrək iki iri dövlət qurumunun struktur islahatlarına qurban verilməsi labüddür.
Mənbə qeyd edir ki, Əhmədzadənin yerlərdəi adamlarının özbaşınalıqları və ümumilikdə yeyinti faktları, o cümlədən büdcə pullarının sovrulması, komitənin isə iş adamlarını narazı salması dövləti bu addımları atmağa vadar edir.
Daxil olan məlumata görə, ölkədə iqtisadi böhranın dərinləşməsi həmin qurumların ləğvini qaçılmaz edib və bəzi qüvvələrin müqaviməti də fayda vermir.
Qeyd edək ki, deputat Zahid Oruc bir müddət əvvəl iri dövlət qurumların ləğvinin anonsunu vermişdi. Deputat təklif etmişdi ki, bəzi qurumlar demontaj olunmalıdır.
Sitat: “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilsin. Çünki ölkədə aqrar siyasət KTN hesabına reallaşdırılır.
Həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir strukturuna çevrilə bilər. Bir sözlə, idarəçilik təkmilləşdirildikcə neft amilindən nisbətən xilas ola biləcəyik”.
Bildirilir ki, hakimiyyət uzun müddətdir bu müəssisələrin ləğvinə çalışır. Amma bəzi siyasi konyukturaya görə mümkün olmurdu.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...