Zahir Vəliyevin yerinə kimi gətirirlər? - Adı bəlli oldu...
“Aztelekom” İstehsalat Birliyində böyük ələmə və dəyişikliklərə start verilib.
Özəl mənbələrdən aldığı məlumata görə, yaxın zamanlarda adıçəkilən strukturda ciddi dəyişikliklərin şahidi olacağıq.
Daxil olan məlumata görə, «Aztelekom» İB-nin texniki məsələlər üzrə direktoru və keçmiş baş direktor Məhəmməd Məmmədovun həbsindən sonra onun da funksiyalarını həyata keçirən Zahir Vəliyev tutduğu vəzifədən azad ediləcək.
Zahir Vəliyevin adı ölkə mətbuatında kifayət qədər ciddi ittihamlarla paralel çəkilib. Onun adı “MTN işi”ndə də hallanıb, amma indi onun “vurulmasında” bu amilin nə dərəcədə rol oynadığını iddia edə bilmərik. Hələlik bəlli olan odur ki, artıq Zahir Vəliyevin “Aztelekom” İB-dəki hökmranlığına son verilir.
Daxil olan informasiyada Zahir Vəliyevi əvəzləyəcək kadrın da adı çəkilib. Bu şəxs Sumqayıt Telekommunikasiya Qovşağının rəisi səlahiyyətlərini icra edən İqbal Yusifovdur.
Mövzuyla bağlı araşdırmalarımız davam edir.
savash.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...