SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma

Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma

Tarix:

17-02-2024, 23:59

/ 3 119 dəfə oxundu.
Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma

Omedia.az:- 24 avqust tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Epidbiomed” MMC ilə toplam maliyyə dəyəri 499.730 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
“Epidbiomed” MMC Səfərbərlik Xidmətinin tələbatı üçün narkotestlərin və ləvazimatların satınalınması üzrə tenderin qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Məmməd Əli Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev Surxay Tahə oğlu olub. 2019-cu ildə onu Məmməd Əli Əliyev əvəzləyib. Bu da səbəbsiz deyil. Çünki 2018-ci ildə “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev və Surxay Mustafayev barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, “Epidbiomed” MMC dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Eyni zamanda araşdırmalar zamanı bu şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi üzə çıxıb.
Namiq Əliyev və digərləri barəsində cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlərində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə aparılıb. Lakin açıq mənbələrdə məhkəmənin nəticəsi barədə heç bir məlumata rast gəlinmir.
Beləliklə, aydın olur ki, “Epidbiomed” MMC ölkəyə saxta dərmanlar idxal edirmiş. Keçmişi qaranlıq olan belə bir şirkət SHXÇDX kimi strateji bir qurumun etimadını necə qazanıb bəlli deyil.
Həmçinin qeyd etmək lazımdır ki dövlət xidmətinin sifariş etdiyi say kifayət qədər böyük saydır.
Hər birindən 55 min ədəd olmaqla narkotest, tibbi əlcək, və iki adda analiz qabı sifariş olunub.
Araşdırmamız zamanı məlum olub ki, dövlət xidmətinin 600 nəfərə qədər hərbi qulluqçusu, 800 nəfərə qədər isə mülki işçisi var və dövlət xidməti indiyə qədər yalnız Bakı qarnizonuna daxil olan idarə və şöbələrdə çalışan hərbi qulluqçuları narkotestdən keçirib.
Ümumilikdə isə dövlət xidmətinin bu qədər narkotesti nə üçün aldığı açıqlanmır.
Qeyd: Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ