Musavat.com internet xəbər portalında Tahir Qədəşov və “Atlant” MMC-nin(Atlant İstirahət və Əyləncə Mərkəzinin) dələduzluq cinayətində ittiham olunan Nofəl Əhmədovla bağlılığına dair yazılan məlumatları şiddətlə təkzib edirik. Belə ki, Nofəl Əhmədov barədə cinayət işinin ibtidai istintaqı zamanı AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, söylənilən iddialar bütün detalları ilə araşdırılmış və müəyyən edilmişdir ki, Tahir Qədəşov “Atlant” MMC-nin təsisçisi və direktoru deyil, eyni zamanda Nofəl Hacıyevin “Atlant” MMC-yə heç bir bağlılığı, ortaqlığı yoxdur, Nofəl Hacıyev ümumilikdə heç Atlant İstirahət Mərkəzində 1-2 dəfə getməsi nəzərə alınmasa ümumiyyətlə heç vaxt olmamışdır. Belə olan halda necə ola bilər ki, Nofəl Hacıyev “Atlant” MMC-nin 40% əmlakına şərik ola bilsin?! Nofəl Hacıyevin Tahir Qədəşovun keçmiş kürəkəni olmasına baxmayaraq, onların arasında heç bir iş birliyi, şəriklik olmayıb.
Bundan başqa kommentlərdə xalqxəbər.az adından guya müstəqil qiymətləndiricilər tərəfindən “Atlant” İstirahət və Əyləncə Mərkəzinin 80-100 milyon manata qiymətləndirilməsini də qəbul etmirik və bildiririk ki, belə bir qiymətləndirmə aparılmayıb və aparılmasına da zərurət yoxdur, çünki obyekt satılmır və onun qiymətinin müəyyən edilməsi, bu formada yayılması şirkətin kommersiya məqsədlərinə və nüfuzuna ziddir. Paylaşılan məlumatlar şayiədir, böhtan xarakterlidir, Atlant MMC-nin işguzar nüfuzuna xələl gətirən məlumatlardır.
Xahiş edirik yayılmış informasiya ilə əlaqədar cavabımızı bu şəkildə dərc edəsiniz və yayılmış məlumatların həqiqətə uyğun olmamasını bildirəsiniz.
Direktor: Həsənov Fərid İzafət