XalqXəbər.Az

"WhatsApp”dan istifadəçiləri sevindirəcək daha bir YENİLİK

yüklənir...
19-10-2017, 11:43
yüklənir...

"WhatsApp” istifadəçiləri siyahıdakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location” adlanan funksiya servisin hazırkı sahibi – "Facebook” şirkətindən götürülüb.

Şirkətin yaydığı məlumata görə, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS”, həm də "Android” istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger”də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

"WhatsApp” nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, "Live Location” də "End-to-End Encryption (E2EE)” şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin etməsini gözləyə biləcəklər.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.