yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR

Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR
19-05-2017, 15:14 120 226 dəfə baxılıb
yüklənir...

Bu gün “Həyat Fondu”nun təqdimat mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, fondun təsisçisi, “Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Hacı Nuran Hüseynov, idmançılar, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Fondun təsisçisi, eyni zamanda prezidenti N.Hüseynov çıxış edərək bildirib ki, arzusu yerinə yetir. O, uzun müddət xeyriyyəçiliklə bağlı layihələrdə iştirak etdiyini söyləyib və ilk dəfə olaraq bu işlə mərkəzləşdirilmiş şəkildə məşğul olacaqlarını vurğulayıb: "Həyat Fondu"nu xeyriyyə məqsədi ilə təsis olundu. Fondun əsas məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım göstərmək və onların müalicəsinin təşkilinə köməklik göstərməkdir. İstənilən mobil telefondan 999 qısa nömrəsini yığaraq, fonda pul köçürməsi edə bilərsiniz. Bu halda pul birbaşa balansınızdan çıxılacaq. Bildiyiniz kimi, 4 ilə yaxın ağır xəstəlikdən, xərçəngdən əziyyət çəkirdim. Həkimlər artıq müalicəni dayandırmaq istəyirdilər. Dedilər effekti yoxdur. Lakin şükürlər olsun ki, Heydər Əliyev Fondu mənə dəstək oldu. Mehriban Əliyevaya və Leyla Əliyevaya bir daha minnətdarlığımı bildirirəm".

M.Quliyev isə çıxışında fonda uğurlar arzulamaqla yanaşı, yaxın keçmişə nəzər salıb: "Bu gün adi gün deyil. Tədbirə baxıram və 1988-1993-cü illəri yada salıram. Həmin vaxt nəyinki xəstələrə yardım etmək barədə düşünmək mümkün deyildi, ölkənin durumu sual altında idi. Lakin ulu öndər Heydər Əliyev səriştəli insanları ətrafına yığaraq, ölkəni vəziyyətdən çıxartdı və uğurlara daşıdı. Bu gün ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir. Azərbaycana İlham Əliyev kimi şəxs rəhbərlik edir. İndi vəziyyət fərqlidir. Fonda uğurlar arzulayıram".

Daha sonra çıxış edənlər - xalq artisti Həmidə Ömərova, güləşçi Rəsul Çunayev "Həyat Fondu"nun əhəmiyyətindən danışıblar və uğurlar arzulayıblar.

Qeyd edək ki, "Həyat Fondu" yardımsevər insanların ianəsi hesabına maliyyələşəcək. 999 qısa nömrəsindən zəng və mesajla yanaş, poçt, bank, E-pay və Fondun rəsmi saytı olan www.heyat.az-a daxil olaraq Fondun və ya birbaşa ehtiyacı sahiblərinin hesabına ödəmələr etmək olacaq.
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR
Azərbaycanda yeni xeyriyyə fondu yaradılıb - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: fondu, yeni, , xeyriyye, yaradilib, FOTOLAR, Azerbaycanda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ