SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT

Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT

Tarix:

12-05-2017, 12:12

/ 87 325 dəfə oxundu.
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT

Aprel ayının sosial müavinətləri hələ də verilməyib.
Bu barədə Gəncə sakini Aynur Məmmədzadə məlumat verib. O, dağınıq skleroz xəstəsi olduğunu və artıq may ayının müavinətləri verilməli halda aprel ayının sosial yardımını ala bilmədiyini bildirib:
"Qonşulardan borc almaqdan utanırıq. Yataq xəstəsiyəm, birinci qrup əliləm, baxıma ehtiyacım var. Yoldaşım da işsizdir. 6 yaşlı oğlumuz var. Kirayədə qalırıq. Kirayə pulunu zorla çatdırırıq, hələ kammunal xərclər də var".
Vətəndaş həmçinin Azərbaycan Respublikası prezidentinin 07.03.2012-ci il tarixdə dağınıq skleroz xəstələri haqqında verdiyi sərəncamın 9.4 bəndinə asasən əmək stajından asılı olmayaraq, ona orta əmək haqqı müqabilində müavinət də verilməli olduğu halda, cəmi 168 manat aldığını qeyd edib:
"Dərmanları dövlət pulsuz verməli olduğu halda, vermirlər, özumüz pulla almaq məcburiyyətində qalırıq. Azərbaycan Respublikası Prezidentinin əlillər haqqında verdiyi 15.09.2015-ci tarixli sərəncamın 43-cü maddəsinə əsasən bizə növbəsiz ev də verilməlidir. Lakin müraciət etsək də, bu sərəncamın bizə aidiyyatı olmadığını bildiriblər. Sonda mənzil üçün adımızın siyahıya salındığı deyilsə də, hazırda o siyahıda neçənci olduğumuzu bilmirik və 2 ildir ki, bununla bağlı bir xəbər yoxdur. Yoldaşım 17 il dövlət qurumunda çalışıb. 2011-ci ildən işsizdir. Məşğulluq idarəsinə dəfələrlə müraciət etmişik, amma bir nəticə olmayıb. Hər ikimiz ali təhsilliyik".
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev problemin həlli ilə məşğul olacaqlarını bildirdi:
"Bütün əlillərin mənzil təminatı ilə nazirlik məşğul olmur. Biz sadəcə Qarabağ əllilləri və şəhid ailələrinin mənzil təminatı ilə məşğuluq. İkinci bir tərəfdən isə xəstəyə baxılması üçün əlavə vəsait ödənilmir. Bununla bağlı qanunvericilikdə müvafiq maddə yoxdur. Sadəcə xəstəyə baxan başqa biri yoxdursa, ona qulluq edən şəxs əmək pensiyasına çıxanda bu, staj kimi hesab olunur. Həmin şəxslə əlaqə yaradıb problemin həllinə çalışacağıq".

qaynarinfo.az
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT
Birinci qrup əlil, işsiz həyat yoldaşı və 6 yaşlı uşağı çətin vəziyyətdə - FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ