yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“OMD”-də BİABIRÇILIQ - 2 yaşlı İlahə qızdırmalı halda geri qaytarıldı

“OMD”-də BİABIRÇILIQ - 2 yaşlı İlahə qızdırmalı halda geri qaytarıldı
21-04-2017, 16:05 81 666 dəfə baxılıb
yüklənir...

""OMD”nin növbətçi həkimi övladımın qızdırmasını yoxlamadan və heç bir tibbi yardım göstərmədən, həkim peşəsinə yaraşmayan, insani dəyərlərdən kənar şəkildə İlahəni evə qaytarılmasını tövsiyyə etdi”
2015-ci il təvəllüdlü İlahə Fərəcovanın atası İqbal Fərəcov Elmi-Tədqiqat və Pediatriya İnstitutundan («OMD» xəstəxanası) şikayətçidir.
O, açıqlamasında deyib ki, övladında 16 aprel tarixindən qızdırma və qusma əlamətləri olub: "Övladımın vəziyyəti ilə bağlı iki dəfə Bakı şəhər Təcili Tibbi Yardıma müraciət etmişəm və həkimlərin rəyi əsasında uşağa evdə ambulator müalicə tövsiyyə edilib. Amma aprelin 19-da İlahənin səhhəti qəfildən pisləşdi və 3-cü dəfə Təcili Yardıma müraciət etməli olduq. Həkimlərin göstərişi ilə övladım «OMD» xəstəxanasına aparıldı. İlk olaraq cərrah bağırsağını müayinə etdi. Daha sonra növbbətçi həkim övladımın qızdırmasını yoxlamadan və heç bir tibbi yardım göstərmədən, həkim peşəsinə yaraşmayan, insani dəyərlərdən kənarşəkildə İlahəni evə qaytarılmasını tövsiyyə etdi”.
İ.Fərəcov bildirib ki, övladını qızdırmalı halda, ağır vəziyyətdə Təcili Yardım avtomobili ilə kor-peşman geri qaytarıb: "Məcbur qalıb övladımı 20 aprel tarixində özəl xəstəxanaların birinə apardım. Orada tibbi müayinə olundu və müalicəsi davam etdirilir. Şükürlər olsun ki, hazırda səhəti normaldır”.
Şikayətçi məsələni ictimailəşdirməkdə məqsədinin digər körpələrin bu cür hallarla üzləşməməsi ilə əlaqələndirib: "burada söhbət təkcə mənim övladımdan getmir. Başqa körpə balalar da həkimlərin bu cür laqeyid hərəkətləri, davranışları ilə üzləşə bilərlər. Bunun üçün Səhiyyə Nazirliyi məsələyə ciddi yanaşaraq "OMD” rəhbərliyinə bu cür halların aradan qaldırılması üçün göstəriş verməlidir”.
Elmi-Tədqiqat və Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyevlə əlaqə saxlasaq da, məsələ ilə bağlı heç bir münasibət bildirilmədi.

Unikal.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ