SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yerə təhlükəli asteroid yaxınlaşır: Son 400 ildə ilk dəfə... - NASA açıqladı

Yerə təhlükəli asteroid yaxınlaşır: Son 400 ildə ilk dəfə... - NASA açıqladı

Tarix:

18-04-2017, 15:03

/ 56 360 dəfə oxundu.
Yerə təhlükəli asteroid yaxınlaşır: Son 400 ildə ilk dəfə... - NASA açıqladı

20 apreldə Yerə təhlükəli asteroid yaxınlaşacaq.
2014 Jo25 asteroidinin Yerin yaxınlığından keçəcəyinə dair məlumatı NASA da təsdiqləyib. Qurumun məlumatına görə, asteroid son 400 ildə ilk dəfə olaraq yerə bu qədər yaxın məsafədən keçəcək. Bu məsafə isə 1,77 milyon km-dir.
Həmçinin o da qeyd edilir ki, asteroid Yer üçün olduqca təhlükəli obyektlər sırasındadır. Ancaq bu dəfə təhlükə Yer üçün o qədər də böyük olmayacaq. Çünki asteroid daha təhlükəsiz məsafədən keçəcək.
Asteroidin parlaq səthinə görə onu hətta ən kiçik teleskopla da müşahidə etmək mümkün olacaq. O, asteroid üçün rekord hesab edilə biləcək sürətlə keçəcək- saniyədə 33 km və ya saatda 120 min km.

Şərhlər

XƏBƏR LENTİ