XalqXəbər.Az

 Bakı Dövlət Universitetinin 2 prorektoru işdən çıxarıldı - GƏLİŞMƏ

yüklənir...
 Bakı Dövlət Universitetinin 2 prorektoru işdən çıxarıldı - GƏLİŞMƏ
15-04-2019, 18:34
yüklənir...

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb.

Demokrat.az-a istinadən xəbər veririk ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.

Onların yerinə isə hələlik heç bir təyinat yoxdur.

Məsələ ilə bağlı əlavə məlumat olan kimi oxuculara təqdim edəcəyik.

Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.