SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Tarix:

15-03-2019, 09:42

/ 877 dəfə oxundu.
Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub. Görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.
Görüş zamanı “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri müzakirə edilib. Həmçinin informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması mexanizmlərinə dair müzakirələr aparılıb.
Görüş Estoniyada və ayrı-ayrı Avropa ölkələrində təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması, peşə standartlarına əsaslanan kurikulumların hazırlanması üzrə mövcud təcrübəyə dair fikir mübadiləsi ilə davam edib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ