XalqXəbər.Az

AzTV-də Mətbuat xidməti ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı

yüklənir...
AzTV-də Mətbuat xidməti ləğv edildi - Əvəzində yeni şöbə yaradıldı
11-03-2019, 15:36
yüklənir...

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.
Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib. X.Qasım dəyişikliyi modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib:
"Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.
X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib:
"AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”.
AzTV-dən modern.az-a verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.