SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DİN-in bu hüquqları əlindən alındı

DİN-in bu hüquqları əlindən alındı

Tarix:

18-01-2019, 13:21

/ 1 338 dəfə oxundu.
DİN-in bu hüquqları əlindən alındı

Ötən gün prezidentin verdiyi fərmanla Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının səlahiyyətləri məhdudlaşdırılıb.

Səlahiyyəti əlindən alınan əsas orqanlardan biri Daxili İşlər Nazirliyidir. Belə ki, DİN əvvəllər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi; yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi xidmətlərini həyata keçirirdi.

Bundan sonra isə bu xidmətlər Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində əhaliyə təqdim ediləcək.

Şərhlər

XƏBƏR LENTİ