SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev görüş keçirdi - Foto

Abdin Fərzəliyev görüş keçirdi - Foto

Tarix:

11-01-2019, 12:13

/ 904 dəfə oxundu.
Abdin Fərzəliyev görüş keçirdi - Foto

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbulda Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib. Qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda qəbulda iştirak edən sakinlər belə səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Abdin Fərzəliyev görüş keçirdi - Foto
Abdin Fərzəliyev görüş keçirdi - Foto
Abdin Fərzəliyev görüş keçirdi - Foto

Şərhlər

XƏBƏR LENTİ