SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şirkət rəhbəri iki məmurun fırıldaqçılığına məruz qalıb?

Şirkət rəhbəri iki məmurun fırıldaqçılığına məruz qalıb?

Tarix:

26-10-2018, 10:25

/ 1 588 dəfə oxundu.
Şirkət rəhbəri iki məmurun fırıldaqçılığına məruz qalıb?

Ölkə mətbuatı məmur özbaşınalığından çox yazıb və yazır. Bəzi məmurlar tərəfindən qanunların pozulması ictimaiyyətin böyük qınağa səbəb olur və həmin məmurların bir çoxu dövlət başçısı tərəfindən cəzalanırlar. Bu istiqamətdə jurnalistlərin də gördükləri işlər danılmazdır

Bu yaxınlarda Legion.az saytına iki məmur barədə şok məlumatlar daxil olub. Şirkət rəhbəri Əliyev Azad Aşurəli oğlu iddia edir ki, 2014-cü ildə Keşlə Dəmiryol Stansiyasına onun rəhbərlik etdiyi şirkətin adına 8 vaqon dəmir armatur malları gəlib. Və malları gömrükdə rəsmiləşdirmək üçün A.Əliyev Mingəçevir şəhərinin icra hakimiyyəti başçısının keçmiş müavini olan Alıyev Dilqəm Ömər oğluna 46 min ABŞ dolları verib. D.Alıyev A.Əliyevdən pulu alanda onu inandırıb ki, o Bakı Baş Gömrük İdarəsinin rəisi general Vüsal Novruzovun biznes partnyorudur. Son nəticədə D.Alıyev A.Əliyevin şirkətinin adına gələn malları gömrükdən keçirtməyib qaçıb gizlənir.

A.Əliyev D.Alıyevi tapa bilmədiyi üçün onun barəsində Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edir. Nərimanov Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılır.

Hazırda Nərimanov RPİ-nin istintaq şöbəsində cinayət işi davam edir. İşi araşdıran müstəntiq şirkət rəhbəri A.Əliyevə bildirib ki, D.Alıyev hazırda Gəncə şəhər icra hakimiyyəti başçısının müavini vəzifəsində işlədiyi üçün, onun barəsində həbs qətimkan tədbiri seçilə bilməz.

Digər məlumat isə DGK-nin keçmiş əməkdaşı olan,hazırda FHN-də yüksək rütbəli məmur vəzifəsini daşıyan, general Vüsal Novruzovun sağ əli sayılan Mahmudov İlqar Məhəmmədnəbi oğlu barədədir. Şirkət rəhbəri A.Əliyev İ.Mahmudova da D.Alıyev kimi 2014-cü ildə şirkətinin adına gələn 4 vaqon dəmir armatur mallarını və 3 vaqon taxta mallarını gömrükdə rəsmiləşdirmək üçün 55 min ABŞ dolları verib.

İ.Mahmudov A.Əliyevə bildirib ki, malların gömrükdən keçməsi üçün pulu V.Novruzova verib. Ancaq sonda İ.Mahmudov da D.Alıyev kimi A.Əliyevdən qaçıb gizlənib. Çıxılmaz vəziyyətdə qalan A.Əliyev İ.Mahmudov barəsində də Baş prokuror Z.Qaralova və DİN-nin rəhbəri R.Usubova müraciət edib. A.Əliyev dəfələrlə etdiyi şikayətlərlə əlaqədar hüquq mühafizə orqanlarına dəvət olunsa da, ona bildirilib ki, İ.Mahmudov general V.Novruzovun sağ əli və FHN-də yüksək rütbəli məmur olduğu üçün o cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Bu haqsızlığa dözməyən iş adamı iki məmur tərəfindən dələduzluğa məruz qaldığını ictimailəşdirməyə məcbur olub.

Legion.az

Şərhlər

XƏBƏR LENTİ