SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qadınları fahişəliyə cəlb edən müğənninin məhkəməsi başlayıb

Qadınları fahişəliyə cəlb edən müğənninin məhkəməsi başlayıb

Tarix:

19-09-2018, 17:36

/ 2 496 dəfə oxundu.
Qadınları fahişəliyə cəlb edən müğənninin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqdirləndirilən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Bəlli olub ki, T. Muradova istintaq zamanı həbs edilməyərək polisin nəzarətinə verilib. O isə istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra tutularaq həbs edilib. Hakim ondan istintaqdan qaçmasının səbəbini soruşub. Müğənni bunu yaxından tanımadığı bir qadının məsləhəti ilə etdiyini deyib: "Yaqut adlı xanım idi, dedi ki, məhkəməyə getmə, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə gedərsən".

Daha sonra T. Muradovanın anket məlumatları dəqiqləşdirilib. 1981-ci il təvəllüdlü T. Muradovanın 4 qadını fahişəliyə cəlb etdiyi bildirilib. O isə yalnız birini tanıdığı deyib və əlavə edib ki, həmin qızla da administrator işlədiyi obyektdə tanış olub.

Cinayəti işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.

Şərhlər

XƏBƏR LENTİ