yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

AAK-DA 6 PROFESSOR AYAĞA QALXDI: VƏLİ HÜSEYNOVDAN BAŞ PROKURORLUĞA ŞİKAYƏT

AAK-DA 6 PROFESSOR AYAĞA QALXDI: VƏLİ HÜSEYNOVDAN BAŞ PROKURORLUĞA ŞİKAYƏT
15-08-2018, 10:20 183 dəfə baxılıb

Prezident yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının 6 professoru AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun qanunsuz tələblərini yerinə yetirməkdən imtina etdikləri üçün işdən çıxarılıblar. Elm ictimaiyyəti arasında böyük nüfuzu olan Professorların Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, surəti "Təzadlar" qəzeti redaksiyasına ünvanlı müraciətində Vəli Hüseynovun indiyədək kimlərə qanunsuz yolla elmlər doktoru və ya professor diplomları verdiyi və s. bəlli ciddi nöqsanlar, qanunsuz hərəkətlər... öz əksini tapıb.
Hazırda həmin müraciət çapa hazırlanır... Redaksiya Vəli Hüseynovun müraciətdə qeyd edilənlərə dair mövqeyini dərc etməyə hazırdır.
***
Xatırladırıq ki, "Təzadlar"ın bu günkü sayında bir qrup professorun Prezidentə digər bir müraciəti dərc olunub. Sitat: "AAK-ın Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 25.05.1996-cı il (protokol№15-r) qərarına əsasən 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK-da təkrar attestasiyadan keçməlidir. Yəni, həmin diplomların respublikamızın ərazisində tanınması üçün müvafiq prosedurlardan keçirilməli və müsbət qərar verildiyi halda, iddiaçılar Azərbaycan AAK-nın diplomunu ala bilərlər. AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov isə fəlsəfə doktoru dissertasiyasını “Neytrin-leptonnıe proüessı vo vneşnom maqnitnom pole” mövzusunda 21 aprel 1994 -cü ildə Rusiya Federasiyasında müdafiə edərək həmin ilin dekabrında təsdiqini almışdır. AAK-ın Rəyasət Heyətinin yuxarıda qeyd olunan məlum qərarına əsasən Vəli Hüseynovun da Rusiya Federasiyasında aldığı elmlər namizədi diplomu təkrar attestasiyadan keçməli idi. Ancaq bu prosedur olmamışdır və Vəli Hüseynovun elmlər namizədi diplomunu AAK-da təkrar attestasiyadan keçirməməsi bir yana, hətta o, birbaşa doktorluq dissertasiyasını müdafiə edərək təsdiqini almışdır. Vəli Hüseynovun doktorluq dissertasiyasının müdafiəsində və təsdiqində ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, Vəli Hüseynovun doktorluq dissertasiyası legitim deyildir. AAK-ın rəsmi saytının “Bülletenlər” bölümündəki səhifə 125 və 126-da yazılır: “AAK Rəyasət Heyətinin “Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçıların xarici ölkələrdə dissertasiya müdafiəsi qaydaları haqqında” 07.01.2003-cü il tarixli (protokol No 15-R) və 25.05.1996-cı il (protokol No 15-R) qərarları: Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçılar 02.01.2004-cü il tarixdən etibarən yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin və ya kollegiyasının icazəsi ilə xarici ölkələrdə dissertasiya müdafiə edə bilərlər. 01.02.1994-cü ildən sonra Azərbaycan Respublikasından kənarda müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları AAK- da təkrar attestasiyadan keçirilməlidir”.
Bir məsələni də qeyd edək ki, Vəli Hüseynov 2003- cü ilin sentyabrında fizika-riyaziyyat elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamənin 3-cü bəndinin 14-cü maddəsinə görə, iddiaçıların elmlər doktoru dissertasiyalarının nəticələrinə dair ən azı 20 elmi məqaləsi dərc edilməlidir. Bunlar AAK-ın rəsmi saytında da bəyan edilmişdir, öz əksini tapmışdır. Biz Vəli Hüseynovun avtoreferatına mütəxəssislərlə birgə nəzər yetirdikdə məlum oldu ki, onun cəmi-cümlətanı 10 məqaləsi olmuşdur. Bura eləcə də 3 tezis, 1 konfrans materialı da əlavə edilmişdir. Lakin Vəli Hüseynovun istifadə etdiyi və AMEA-nın Fizika İnstitunun 3 preprint materialını (tezis) heç cürə AAK-ın tələb etdiyi məqalə saymaq olmaz. Ən pisi budur ki, Vəli Hüseynov namizədlik dissertasiyasının avtoreferatında da göstərdiyi 1 məqalə və 1 preprint materialını həm də doktorluq dissertasiyasının avtoreferatında da göstərmişdir. Bu, AAK tarixində ən rüsvayçı faktdır, yolverilməzdir, belə hallar qanunsuzluqdur, istintaq orqanları bunu araşdırmalıdır..."
(Davamı var)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-09-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ