yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı

“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
8-08-2018, 14:18 294 dəfə baxılıb

Bu günlərdə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “facebook” sosial şəbəkəsində “Neft Daşları” NQÇİ-də çalışan neftçiləri yeməklə təmin edən podratçı şirkət “Xəzər İaşə” MMC barədə bir sıra ciddi ittihamlar irəli sürüb. Hüquq müdafiəçisinin bildirdiyinə görə, uzun illərdir bu şirkət neftçilərə keyfiyyətsiz yemək, içmək üçün yararlı olmayan su satır, üstəlik “Neft Daşları”ına su qablarında spirt daşıyır və neftçilərə satır. Habelə platformalarda bu şirkətə məxsus mağazalarda xəlvəti araq satışı təşkil edilib.

Mirvari Qəhrəmanlının “Facebook”da yazdıqlarından: “Xəzər İaşə” MMC-nin Neft Daşlarındakı yeməkxanasının əbədi və əzəli sahibinə sual: İşçilərə satdığın yeməyin üstünə qoyduğun nazik balıq dilimini niyə 2 manata satırsan? İşçilər yeməyin keyfiyyətindən narazıdırlar. Rəhbər işçilərə yedizdirdiyin yeməyin keyfiyyəti ilə işçiyə yedizdirdiyin yeməyin keyfiyyəti niyə fərqlidir?”.

Qəhrəmanlı daha sonra “Xəzər İaşə”yə məxsus yeməkxanadan fotogörüntü paylaşaraq masanın üstündəki xan arağına diqqət çəkir: “Neftçi dili ilə desək “zavodskoy araq” dənizə hansı vasitələrlə gətirilir? Deyəsən, stolun üstündə balıq da var.Təsadüfən o balıqçı qayıqlarının tutduğu balıq deyil, Xəzər İaşə?”

Qəhrəmanlı növbəti statusunda “Neft Daşları” NQÇİ-nin Mübariz adlı əməkdaşının iyulun 24-də özünü 5-ci mədən 620 saylı meydançadan dənizə atdığını qeyd edərək yazır ki, işçini yaxşı ki, zamanında çıxara biliblər. O, hadisənin spirtli içkinin təsiri altında baş verdiyini istisna etmir.

Bu Facebook qeydləri barədə virtualaz.org saytına danışan Mirvari Qəhrəmanlı deyib ki, ona daxil olan məlumatlara görə “Neft daşları”ında neftçilərə çiy ət də daxil olmaqla kolbasa, sosiska, hazır qidalar və digər ərzaqların gətirilməsi şifahi qadağan olunub. Gün ərzində bir neçə dəfə neftçilərin qaldığı yataqxanalar yoxlanılır, soyuduculardakı yeməklər atılır. Məqsəd isə neftçilərin yalnız “Xəzər İaşə”-dən yemək almağa məcbur edilməsidir. Neftçilər baha, amma keyfiyyətsiz yeməklə qidalanmağa məcburdular.

Qəhrəmanlının sözlərinə görə, dənizdə işləyən neftçilərə gündəlik 15 manat yemək pulu ayrılır. Yeməkxanada 1 dəfə qidalanma 4,5-5 manata başa gəlir. Məsələn, 1 tikə balıq 2 manata satılır. “Çörəyin çəkisi az, dadı xoşagələn deyil. Yeməyin hazırlanmasında istifadə edilən yağın keyfiyyəti pisdir. Təşkilata şikayət edən neftçilər deyirlər ki, yeməkdən sonra mədə qıcqırması, qarın ağrıları olur. Amma heç kim neftçilərin şikayətlərinə əhəmiyyət vermir. Yəqin kütləvi zəhərlənmənin olmasını gözləyirlər”, -hüquq müdafiəçisi əlavə edib.

İttihamlardan biri də neftçilərə verilən içməli suyun tərkibinin həddindən artıq çirkli olmasıilə bağlıdır. Təşkilat rəhbərinin sözlərinə görə, su yığılan çənlər qəsdən təmizlənmir ki, neftçilər “Xəzər İaşə”yə məxsus mağazalardan butulkalarda su alsınlar. Mağazalarda isə adi suyun bir butulkasının qiyməti 1 manat 60 qəpikdən başlayır.

Qəhrəmanlı hesab edir ki, araşdırmaya ehtiyac olan şikayətlərdən biri də adaya gizli yollarla spirtli içki keçirilməsidir. “Təşkilata bunu sübut edən fotogörüntü də təqdim edilib. Rəhbər işçilər yeməkxanada “Xan” arağı içirlər”,- təşkilat sədri söyləyib.

Sayt məsələ ilə bağlı “Neft Daşları” NQÇ-də çalışan neftçilərlə danışıb. İşdən çıxarılmaqdan qorxduğu üçün adını açıqlamayan neftçi bildirib ki, gün ərzində 11-12 saat işləyir, cəmi 1 saat 30 dəqiqə istirahət edirlər. Amma bu vaxtı yeməkxanada yemək növbəsində keçirməli olurlar.

Neftçinin sözlərinə görə, son 3-4 ilə qədər problem olmayıb, evdən ərzaq gətirərək yataqxananın mətbəxtində, yaxud otaqda bişiriblər. “Yataqxanalar təmir edilib, mətbəxtdə hər cür şərait yaradılıb. Əvvəlki illərdən fərqli olaraq soyuducular var, kondinsoner quraşdırılıb. Ərzaqları saxlamağa, yemək bişirməyə şərait yaradılıb. Amma “Xəzər İaşə”nin pul qazanmaq hərisliyi imkan vermir”, -neftçi şikayətlənib.

Digər neftçi isə deyib ki, satılan yemək keyfiyyətli və ucuz olarsa heç kim ağır çanta daşımaz: “Yağsız, ətsiz kələm supunun 100 qramına 50 qəpik veririk. Məsələn, toyuq budunu 3 yerə bölüb, hər parçasını 90 qəpikdən satırlar. Günorta nahar 4 manat 50 qəpik-5 manata başa gəlir. Doymuruq, üstəlik mədəmiz xəstəlik tapıb”.

Neftçilər deyirlər ki, pul olan yerdə adada hər nə istəsən təşkil etmək mümkündür. Məsələn, 24 manat verib 1 litr spirt alıb, araq düzəltmək mümkündür. Otaqlarda ərzaq axtaranlar araq satışının qarşısını ala bilmirlər. ““Xəzər İaşə”nin 2 böyük mağazası var. Mağazada soğan 1 manata, kartof 1 manat 20-1 manat 40 qəpiyə satılır. MMC-nin təyin etdiyi qiymətin üstünə satıcı da əlavə pul qoyur. Çıxılmaz vəziyyətdəyik”,-neftçilər deyirlər.

Qəhrəmanlı isə deyir ki, bir neçə il əvvəl 450 neftçinin imzası ilə şikayət edilib. Bundan sonra komissiya gəlib, neçtçilərin şikayətləri bir müddət həllini tapıb. Neftçilər indi də şikayətlərinə baxılacağına ümid edirlər. Neftçilərə ya keyfiyyətli, ucuz yemək verilsin, ya da onların özlərinə yemək bişirmələrinə şərait yaradılsın.

Qeyd edək ki, “Xəzər İaşə” MMC fəhlə təhcizatı idarəsinin bazasında yaradılıb. MMC ilə bağlı məlumatlarda neftçilərə müxtəlif çeşidli keyfiyyətli qida verildiyi qeyd olunur.

“Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkətlə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”... - Yeyinti ittihamı


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-08-2018


17-08-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ