yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Ege Hospital”dan daha 20 həkim, onlarla tibb işçisi qovuldu - ŞOK TƏHDİD/ SİYAHI

“Ege Hospital”dan daha 20 həkim, onlarla tibb işçisi qovuldu - ŞOK TƏHDİD/ SİYAHI
13-06-2018, 18:50 289 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Bakıda "Grand Hospital” adıyla fəaliyyət göstərən xəstəxananın adı bu günlərdə "Ege Hospital” olaraq dəyişdirilmiş və xəstəxananın onlarla azərbaycanlı həkimi qəfil işdən qovulmuşdu. Onların əvəzinə isə xəstəxana rəhbərliyi Türkiyədən həkimlər dəvət etmişdi. Üstəlik, gözləmədikləri anda işlərindən qovulan azərbaycanlı həkimlər Türkiyədən dəvət edilən bu həkimlərin Bakıda işləmək üçün lizensiyalarının olmadığını demiş, xəstəxana rəhbərliyini qanunsuz fəaliyyətdə ittiham etmişdi.

Xəstəxana ətrafında yaşanan qalmaqal isə görünür, bununla dayanmayacaq. Daxil olan məlumata görə, xəstəxananın yeni rəhbərliyi tibb "Grand Hospital”da adı altındakı dövrdə işləmiş daha bir qrup həkimi zorla işdən qovub. Məlumatda bildirilir ki, xəstəxana rəhbərliyi işdən çıxarmaq istədikləri həkimləri və digər tibb işçilərini məcburi qaydada işdən könüllü çıxdıqları barədə sənədə qol çəkdirib. Belə ki, rəhbərlik əməkdaşların maaşlarını verməməklə hədələyərək, onları zorla sənədə qol çəkdirməyə məcbur edir. Könüllü şəkildə işdən çıxmaq istəməyənləri isə halal maaşlarını verməməklə hədələyir.

Əldə etdiyimiz məlumata görə, xəstəxanadan onlarla həkimlə yanaşı, xeyli sayda tibb personalı da qovulub. Xəstəxanadan yeni işdən çıxarılan həkimlərin adları isə aşağıdakı kimidir.

Namiq İsmayılov

Rasim Məhərrəmov

Şahin Manafov

Pərviz Aslanov

Tələb Şəfiyev

Röyalk hacıməmmədov

Könül Mahmudova

Afaq Qəhrəmanova

Zərifə Hacıbəyli

Ramil Abdulov

Teymur Məmmədov

Zərdan Bəylərov

Arzu Hüseynob

Seymur Musayev

Günay Əhədova

Lalə Alıcan

Arzu Eyyubova

Əlkəbər Həmidov

Əlizamin Sadıqov

Günay Ağazadə

Onu da qeyd edək ki, "Grand Hospital”dan işdən çıxarılan həkimlər və tibb işçiləri müvafiq dövlət qurumlarına və ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Bakupost.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ