yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“MedEra hospital”da daha bir uşağa qarşı rüsvayçılıq - VİDEO

“MedEra hospital”da daha bir uşağa qarşı rüsvayçılıq - VİDEO
23-05-2018, 10:01 537 dəfə baxılıb

“MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb.

AzEuroNews.com xəbər verir ki, feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və təcili klinikaya çatdırdığını bildirib.

Onun sözlərinə görə, “MedEra hospital” onu valideyn kimi övladının qarşısında xəcalətli edib: “Mən Oqtay Şirəliyevi məlumatlandırıram, 21 saylı poliklinikada kardiloq tapılmadı.

Bizi bu klinikaya yönləndirdilər. Mən əsgər yetişdirirəm, amma bu klinikalar gələcəyimizi məhv edir.

Pulun yoxdursa, sənə baxmırlar. Cənab prezident, sizinlə birlikdə vətən xainlərini ifşa edəcəyik”.

Xatırladaq ki, sözügedən klinikada daha bir uşağın valideyni pula görə pis vəziyyətdə qalmışdı.

Mübariz Aslanov adlı istifadəçi “MedEra hospital” klinikası haqda yazmışdı ki, kartdan pul çıxarmaq üçün bankomat tapmamışdı və klinikanın həkimi Əli Quliyev onun 40 dərəcə qızdırmalı uşağına baxmaqdan imtina etmişdi. Sonra tərəflər barışmışdılar.

AzEuroNews.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ